Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ ölkələrində Ukraynadan olan qaçqınların sayı 7 milyonu keçib
Aİ ölkələrində Ukraynadan olan qaçqınların sayı 7 milyonu keçib

Avropa İttifaqı (Aİ) ölkələrində Ukraynadan olan qaçqınların sayı 7 milyon nəfəri keçib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin Sərhəd Nəzarəti Agentliyi olan “Frontex”in saytında məlumat verilib.

“Müharibənin başladığı fevral yandan bəri 5,3 milyon Ukrayna vətəndaşı Aİ-yə gəlib. Aİ-yə daxil olan köçkünlərin, o cümlədən qeyri-Ukrayna vətəndaşı olanların ümumi sayı isə 7 milyondur”, - agentliyin məlumatında deyilir.

“Son həftələr Ukraynaya geri dönənlərin sayı ölkəni tərk etməkdən daha çox olub. Mayın 25-dən 31-ə kimi təqribən 260 min ukraynalı Aİ-ni tərk edib”, - “Frontex”in məlumatında deyilir. Ümumilikdə fevralın 24-dən sonra 2,3 milyon ukraynalı vətəninə qayıdıb.

“Mayın 23-nə olan məlumata görə, Ukraynada məcburi köçkünlərin sayı ilk dəfə azalıb. Hazırda ümumi say 7,1 milyon nəfər qiymətləndirilir ki, bu da mayın 3-dəki göstəricidən 11% azdır”, - agentlik vurğulayıb.

“Frontex”in məlumatına görə, Ukraynadan qaçqın axını hələ də ən çox Polşa və Rumıniyada müşahidə olunur. Mayın 25-dən mayın 31-dək bu ölkələrə müvafiq olaraq 147 min və 32,8 min nəfər gedib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »