Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putini məğlub etmək üçün əvvəlcə Lukaşenko sıradan çıxarılmalıdır”
“Putini məğlub etmək üçün əvvəlcə Lukaşenko sıradan çıxarılmalıdır”

İndi Rusiyanın əsas, bəlkə də, sözün əsl mənasında yeganə müttəfiqi Belarusdur. Ölkə başçısı Aleksandr Lukaşenko bütün məsələlərdə Kremlin rəhbəri Vladimir Putinin yanındadır.

Ukraynada Belarus ordusunun əsgərlərinə də rast gəlinir. Kreml qoşunları məhz qonşu ölkə ərazisindən istifadə edərək Kiyev vilayətinə hücum etmişdi. Qərb sanksiyalar tətbiq edərkən bu amili unutmur. Lukaşenkonun özü və ətrafı az cəzalara məruz qalmayıb.

Bizimyol.info xəbər verir ki, “Avropa Belarusu” vətəndaş kampaniyasının rəhbəri Dmitri Bondarenko, nə qədər ziddiyyətli səslənsə də, müharibənin ölkəsində müsbət dəyişikliklər üçün ümid yaratdığını bildirir. Çünki Lukaşenko daha böyük qəzəb hədəfinə çevrilib.

“Diktator ölkəni böyük təhlükə qarşısında qoydu. Hətta onun axmaq referendumundan sonra da konstitusiya hərbi aqressiyanın iştirakçısı olmağa imkan vermir. Fundamental dəyişikliklər baş verib. Rusiya ordusu Belarus ərazisinə ürəyi istəyən vaxt daxil olur, qonşu ölkəni raketlərlə, artilleriya sistemi ilə vurur. Rusiyanın Ukraynanı buradan hətta nüvə silahı ilə vurması mümkündür”.

Dmitri Bondarenko deyir ki, indi Belarusun müstəqlliyi formal xarakter daşıyır. Vətəndaş cəmiyyətinin nümayəndəsi vətəninin bu gedişlə 1970-80-ci illərin Polşasına çevriləcəyini düşünür.

“SSRİ hərbi məqsədlə bu ölkənin ərazisindən istifadə edirdi. Sovet İttifaqı Almaniya Federativ Respublikasını oradan vurmağa hazırlaşırdı. Söhbət hətta nüvə silahından gedirdi. Onda polşalı polkovnik Rışard Yeji Kuklinski planın əleyhinə çıxış etmişdi. İndi Avropa ciddi təhlükə ilə üzləşib. 2020-ci il hadisələrində bizi lazımınca dəstəkləsəydilər, Ukraynada müharibə də olmayacaqdı”.

Bondarenko Ukrayna silahlı qüvvələrinə kömək edən beloruslardan ibarət alaya ümidlə yanaşır. Buna baxmayaraq, Belarus vətəndaşlarının da taleyinə biganə qalmalı olmadığına əmindir. Bondarenko hesab edir ki, Ukrayna Putini məğlub etmək üçün əvvəlcə Lukaşenkonu sıradan çıxarmalıdır. Yəni Belarus amilinə xüsusi əhəmiyyət vermək lazımdır. Bondarenko vətəninin azad gələcəyinə inamını itirmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »