Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə Ukraynaya qarşı müharibəni soyqırım kimi tanıyıb
Daha bir ölkə Ukraynaya qarşı müharibəni soyqırım kimi tanıyıb

Moskvanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsindən üç ay sonra İrlandiya Senatı Rusiya Federasiyasının hərəkətlərini Ukrayna xalqına qarşı soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İrlandiya parlamentinin yuxarı palatasının spikeri Mark Deyli "Tvitter" hesabında məlumat verib.

"Rusiya Federasiyasının Ukraynaya qanunsuz müdaxiləsi soyqırım aktıdır. İrlandiya Senatı Rusiyanın Ukraynada soyqırımı ilə bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd edildiyi kimi, “Rusiya hərbçilərinin hərəkətləri BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasında müəyyən edilmiş soyqırımı meyarlarına cavab verir", - Deyli bildirib.

Qətnamədə qeyd olunur ki, Rusiya Federasiyasının siyasi rəhbərliyi Ukraynadakı cinayətlərə görə cavab verməlidir. Senat dünya ölkələrini Rusiyaya qarşı sanksiyaları davam etdirməyə və artırmağa çağırıb.

Ukrayna mətbuatı müharibəni soyqırım kimi tanıyan ölkələrin adlarını xranoloji ardıcıllıqla dərc edib.

Fevralın 24-də Rusiya müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləyə başlayıb.

Aprelin 14-də Ali Rada Rusiyanın Ukraynadakı hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyıb və beynəlxalq ictimaiyyəti də eyni addımı atmağa çağırıb.

Aprelin 21-də Latviya və Estoniya parlamentləri Rusiyanın Ukrayna xalqına qarşı soyqırım törətdiyini tanıyıb.

Aprelin 29-da eyni qərar Kanada parlamentində yekdilliklə qəbul edilib.

Mayın 10-da Litva Seymi yekdilliklə Rusiya Federasiyasını terrorçu dövlət kimi tanıyıb. Qətnamədə qeyd olunur ki, rus işğalçıları Ukraynada, xüsusən Kiyev vilayətində - Borodyanka, Buça, İrpin, Qostomel və Donetsk vilayətinin Mariupol şəhərlərində kütləvi hərbi cinayətlər törədiblər. Bundan əlavə, Rusiya Federasiyasının Ukraynadakı hərəkətləri Ukrayna xalqının soyqırımıdır.

25 may 2022-ci il tarixindən etibarən altı ölkənin parlamenti Rusiyanın hərəkətlərini soyqırım kimi tanıyıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »