“Mən ilk dəfə Şuşa və Füzuliyə gedəndə oralarla bağlı nələrisə bildiyimi düşünürdüm. Şuşadan qayıdanda bir yerdə dayandıq. Orada sual etdim ki, Füzuli haradadır? Dedilər ki, bura Füzulidir”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. “Gördüm ki, orada bir şəhər yoxdur, hər yer xarabalığa çevrilib. Bunu edənlərin nə qədər mədəniyyət düşməni, qəddar olduğunu göstərmək lazımdır”,- o qeyd edib.
“Bizim arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə də eşidilməsidir”, - TBMM sədri əlavə edib. Onun sözlərinə görə, bugünkü konqres Qarabağ məsələsinin də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında faydalı olacaq.

“Türkiyə Böyük Millət Məcslinin sədri Mustafa Şəntop Füzuli şəhəri ilə bağlı dediyi fikirlər, Ermənistanın işğal dövründə Qarabağ ərazisində törətdikləri cinayətləri bir daha gündəmə gətirdi”. Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb.
Ekspert hesab edir ki, Azərbaycan dövləti bir daha Ermənistanla Cənubi Qafqazda böyük və davamlı sülhün əldə olunması prosesini davam etdirməklə yanaşı bu danışıqlar prosesində, əməli nəticələr əldə edilməsi istiqamətində addımlar atmaqla yanaşı həm də cinayətkar Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycan torpaqlarında törətdiyi cinayətlərin beynəlxalq hüquq müstəvisində araşdırılması ilə bağlı da, işləri davam etdirməlidir. Belə ki, beynəlxalq hüququn çox mühüm prinsipləri, xüsusilə də beynəlxalq humanitar hüququn prinsipləri soyqırım, mədəniyyət abidələrinin dağıdılması, yaşayış məskənlərinin darmadağın edilməsi, etnik təmizləmə siyaəstinə xidmət edən addımların atılması ilə bağlı konkret məsuliyyət müəyyən edib. Bu məsuliyyət ölçülərinə görə, Ermənistan dövləti Azərbaycan xalqına qarşı Qarabağ torpaqlarını işğal altında saxladığı 30 il ərzində törətdiyi cinayətlərə görə, həm soyqırım cinayətlərinə görə, həm etnik təmizləmə siyasətinə görə, əhalinin ordan köçürülməsi, eyni zamanda Azərbaycan xalqının tarixi-mədəni irsini silinməsinə xidmət edən, onların həmin ərazidə uzun yüzilliklər ərzində yaşayışını təsdiq edən əlamətlərin silinməsinə xidmət addımlar atmaqla sadaladığım istiqamətlərdə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn prinsiplərini ayrı-ayrı maddələrdə kobud şəkildə pozulması imkan verir ki, beynəlxalq müstəvidə, beynəxalq məhkəmələrdə qaldırdığı iddialarla Ermənistan dövləti ciddi şəkildə cəzalandırılsın.
Politoloqun sözlərinə görə, Ermənistanın üzərinə çox böyük həcmdə təzminatlar qoyua bilər:
“Bu həm yaşayış məskənlərinin dağıdılması,həm tarixi abidələrin dağıdılması, eyni zamanda yeraltı və yerüstü sərvətlərimizin qanunsuz şəkildə istismar edilməsi ilə bağlıdır. Bu istiqamətdə Azərbaycan dövlətində çox ciddi işlər həyata keçirilir. Bu prosesi bir qədər də sürətləndirmək lazımdır. Və Ermənistan cəmiyyəti, Ermənistan dövləti daim Azərbaycan xalqına etdiyi cinayətlərə görə daim təzyiq altında saxlaılmalıdır. Onlara qarşı bir çox beynəlxalq platformalarda müxtəlif istiqamətlərdə cinayət işlərinin açılması, təzminatların tətbiq edilməsi ilə bağlı qərarlar əldə etməyə çalışmalıyıq. Bu nəticə həm də Ermənistan cəmiyyətini və Ermənistan dövlətini bundan sonra digər qonşularına eləcə də, Azərbaycana qarşı atacağı addımlara daha diqqətli,d aha həssa yanaşmasına gətirib çıxaracaqdır”
Anar Əliyevin fikrincə, bu həm də Azərbaycanın növbəti dəfə Ermənistan tərəfində ola biləcək işğalçılıq addımlarından təcavüz siyasətindən sığortalanmış olar: “Mən bir məsələni də qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin bu səylərinə baxmayaraq, Ermənistan tərəfindən hərhansı böyük bir məbləğdə təzminat edilsə və onun akınması ilə bağlı qərarlar qəbul edilsə belə, heç bir təzminat heç bir məbləğ Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı erməni vandallarının, erməni canilərinin bu illər ərzində törətdiyi cinayətləri kompensasiya edə bilməz.
Mən bir Qarabağlı olaraq deyə bilərəm ki, mənim doğma kəndimin elimin obamın xarabazarlıqları bundan sonra Azərbaycan dövləti tərəfindən nə qədər yüksək şəkildə bərpa olunsa da, yeni müasir, yaşayış məskənləri salınsa da, mənim xəyallaırmdakı , arzularımı yaşatdığım, gəncliyimin, uşaqlığımın keçdiyi atalı-analı, babalı-nənəli olduğum kəndimi heç nə geri qaytara bilməyəcək. Bu, eynilə 100 minlərlə Qarabağdan olan digər insanlara da aiddir. Hər zaman qeyd etmişəm ki ermənilər tək torpaqlaırmıza, tək ərazi bütövlüyümüzə təcavüz etməyiblər, ermənilər həm də 1 milyondan artıq insanımızın arzularına, xəyallarına təcavüz edib. Bizim bütün arzularımız, xəyallarımız təcavüzə məruz qaldı. Ona görə də hesab edirəm ki, heç bir maddi təzminat bizə qarşı törədilən cinayətləri, mənəvi zərəri ödəyə biləcək bir həcmdə ola bilməz”.

Ekspert qeyd edir ki, buna baxmayaraq Ermənistan dövlətini törətdiyi conayətlərlə cəzalandırmaqla biz bölgəmizi, regionumuzu böyük bir sülh bölgəsinə çevirə bilərik.
“Ermənistan tərəfindən atıla biləcək aqressiv addımların, təxribat xarakterli addımların qarşısı böyük həcmdə ala bilərik. Ona görə də hesab edirəm ki, Azərbaycan dövləti bu istiqamətdə də fəaliyyətini daha da artırmalı və dünya birliyi gözündə ermənilərin kim olduğunu, hansı cinayətləri törətməyə qadir olduqlarını insanlıq hisslərindən uzaq bir toplum olduqlarını çatdırmalıyıq. Əslində biz bununla həm də dünya ictimaiyyətinin Ermənistan havadarlığını, erməni sevgisini mahiyyətini açıb-qabardıb ortaya qoya bilərik. Bununla da ermənilərin əsassız yerə əldə etdikləri beynəxalq dəstəkdən onları məhum edə bilərik. Bu istiqamətdə Azərbaycan dövlətinin üzərinə çox böyük məsuliyyət düşür” - deyən tarixçi hesab edir ki, bu istiqmaətdə addımlar uğurla davam etdirilir.
İlahin, Bizimyol.info