Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski hər gün həyatını itirən əsgərlərin sayını açıqlayıb
Zelenski hər gün həyatını itirən əsgərlərin sayını açıqlayıb

Ukraynada müharibə ölkənin şərqində bütün sürəti ilə davam edir və bölgədə fövqəladə hadisələr baş verir. Belə ki, Rusiyanın hücumuna qarşı zamanla yarışan Ukrayna qüvvələrindən bəd xəbər gəlib.

Məlumata görə, Rusiya qüvvələri tərəfindən mühasirəyə alınan şəhərlərdən biri olan Severodonetsk üçün Ukraynadan flaş qərar gəlib. Luqansk vilayətinin qubernatoru Serhiy Haydai verdiyi açıqlamada Ukrayna qüvvələrinin şəhərdə ağır itki verdikdən sonra geri çəkildiyini, şəhərin təxminən 80 faizinin Rusiya qüvvələrinin nəzarətində olduğunu bildirib.

Bildirilir ki, əgər Rusiya Severodonetsk və Lisiçanski tutsa, o zaman bütün Luqansk vilayətinə nəzarət etmiş olacaq. Bölgədəki vəziyyəti “çox çətin” olaraq xarakterizə edən Zelenski ordunun hər gün 60-100 itki verdiyini bildirib.

Ukrayna prezidenti aşağıdakı ifadələrdən istifadə edib; “Ukraynanın şərqində vəziyyət çox ağırdır. Hər gün biz 60-100 əsgər itiririk və döyüşlərdə 500-ə qədər itki vermişik”.

Qeyd edək ki, Zelenski bu açıqlama ilə bölgədəki hərbi itkiləri ilk dəfə bu qədər açıq şəkildə dilə gətirib. Xatırladaq ki, fevralın 24-də müharibə başlayanda şərq ərazilərinin üçdə ikisi Ukraynanın nəzarəti altında idi. Qalanları 2014-cü il müharibəsindən bəri Rusiyapərəstlər tərəfindən birtərəfli qaydada müstəqil elan edilib. Həmin ərazilər Rusiyanın dəstəklədiyi kiçik muxtar vilayətlər kimi mövcud idi.

Müharibə başlamazdan bir neçə gün əvvəl Putin bu bölgələrin Ukraynadan müstəqilliyini tanıdığını açıqlamışdı. Onu da əlavə edək ki, əgər Rusiya bu regionların hər ikisini tamamilə ələ keçirsə, Putinə “uğur” əldə etmək üçün böyük fürsət verər. Növbəti addım Donbasın ilhaqı olacaq. Necə ki, 2014-cü ildə Krımda mübahisəli və beynəlxalq aləmdə qəbuledilməz referendum keçirdi.

Rusiyanın “kuklası” olan Luqansk vilayətinin rəhbəri artıq “gələcək referendum”dan danışmağa başlayıb. Təbii ki, hazırda müharibənin davam etdiyi regionda referendum və ya hər hansı səsvermə haqqında danışmaq olduqca qəribə görünür.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »