Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiya və İsveçdən sonra Danimarka da hərəkətə keçdi
Finlandiya və İsveçdən sonra Danimarka da hərəkətə keçdi

Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiya kimi Danimarka da təhlükəsizlik siyasətini yenidən formalaşdırır.

Bizimyol.info xəbər verir ki, Danimarka xalqı 30 ildir kənarda qaldığı Avropa Birliyinin (AB) ortaq müdafiə siyasətinə qoşulmaq üçün keçirilən referendum çərçivəsində sandığa gedib. “Radio Danimarka” milli yayımının məlumatına görə, səslərin 98 faizindən çoxu hesablanıb, bülletenlərin 67 faizindən isə “hə” cavabı çıxıb. Beləliklə, Danimarka artıq Aİ-nin hərbi missiyalarında iştirak edə biləcək.

Baş nazir Mette Frederiksen deyib ki, seçki qutusunun nəticəsi Ukraynadakı müharibə zamanı “çox mühüm siqnal” olub: “Biz göstəririk ki, Putin azad ölkəni işğal edəndə və Avropada sabitliyi təhdid edəndə başqaları bir araya gəlir. Qitəmizdə yenidən müharibə olanda siz neytral ola bilməzsiniz. Biz Ukraynanı və Ukrayna xalqını dəstəkləyirik”.

AB Komissiyasının sədri Ursula von der Leyen səsvermənin "ortaq təhlükəsizliyə güclü bağlılıq mesajı" göndərdiyini və həm Danimarka, həm də Aİ-nin bundan faydalanacağını söyləyib.

Avropa Şurasının prezidenti Çarlz Mişel isə deyib: “Danimarka xalqı tarixi seçim etdi. Rusiya Ukraynanı işğal edəndən sonra dünya dəyişdi”.

Xatırladaq ki, 1973-cü ildən Aİ-nin üzvü olan Danimarkada ictimaiyyət gələcək inteqrasiyanın tərəfdarı deyildi. 1992-ci ildə Maastrixt Müqaviləsi (iqtisadi və pul birliyinin həyata keçirilməsini, ümumi xarici, təhlükəsizlik, ədalət və daxili işlərdə əməkdaşlıq siyasətini özündə əks etdirən müqavilə) ictimai səsverməyə çıxarıldı və səsvermə bülletenindən “rədd etmə” qərarı verildi. Belə ki, Aİ-yə üzv dövlətlərlə Danimarka arasında xüsusi saziş imzalanıb. Bu çərçivədə Danimarka Aİ-nin ədliyyə, daxili işlər və valyuta ilə bağlı qərarlarından azad edildi.

Danimarka Aİ-nin ümumi valyutası olan Avrodan istifadə etmir və ümumi ədalət, daxili işlər siyasətində iştirak etmir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »