Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibəyə rəhbərlik edən generaldan iki həftədir xəbər yoxdur - Foto
Müharibəyə rəhbərlik edən generaldan iki həftədir xəbər yoxdur - Foto

Rusiya ilə Ukrayna arasında müharibə bütün şiddəti ilə davam edərkən, hər gün Rusiya cəbhəsindən ordudakı iğtişaşlar və “itkilər”lə bağlı xəbərlər gəlməkdə davam edir. Rusiya prezidenti Vladimir Putinin ordunun başına təyin etdiyi generalla bağlı da təəccüblü iddialar səslənib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Suriyadakı müharibəsində iştirak edən və bu ölkədəki hərəkətlərinə görə hərbi cinayətkar elan edilən general Aleksandr Dvornikov illər sonra yenidən Ukrayna müharibəsi ilə gündəmə gəlib. Dvornikov aprel ayında Rusiyanın Kiyevə hücumları uğursuzluqla nəticələnəndən sonra Putin tərəfindən bu müharibədə Rusiya ordusuna rəhbər təyin edilib.

Səhnə arxasına bomba kimi düşən xəbərə görə, generaldan iki həftədir ki, xəbər yoxdur. Bu, Putinin özünün təyin etdiyi komandiri işdən çıxarması barədə şayiələrə səbəb olub.

General Aleksandr Dvornikovun iki həftədir görünmədiyi iddiası ABŞ rəsmiləri tərəfindən irəli sürülüb. ABŞ iddia edir ki, Dvornikov Kiyevdə olduğu kimi Donbasa qarşı hücumda da uğursuzluğa düçar olduğunu görən Putin tərəfindən işdən çıxarıla bilər.

Əgər bu iddialar doğrudursa, indi Rusiyanın Ukraynadakı müharibəsinə kimin rəhbərlik etdiyi bəlli deyil.

Əgər general Dvornikov həqiqətən də Putin tərəfindən işdən çıxarılıbsa, indi onun da adı döyüş meydanındakı uğursuzluqlara görə işdən çıxarıldıqları bildirilən Qara dəniz donanmasının komandiri admiral İqor Osipov və 1-ci Qvardiya Tank Ordusunun rəhbəri general-leytenant Sergey Kisel kimi həmkarları ilə birgə hallanacaq.

Bunadn əlavə, Rusiyanın Baş Qərargah rəisi general Valeri Gerasimovun da itkin düşdüyü güman edilirdi.

Qeyd edək ki, Dvornikovun yoxa çıxması barədə ilk dəfə Amerika rəsmilərinin işğalın vəziyyəti ilə bağlı keçirdiyi brifinqdən sonra “New York Times” qəzeti məlumat yayıb.

Putin və Dvornikov

Güman edilir ki, Rusiya Kiyevdə etdiyi səhvləri Donbassda da təkrarlayıb. Rusiya Kiyevi ələ keçirməyə çalışarkən, əsgərlərin alçaldılması, ordunun müxtəlif qolları arasında koordinasiyanın olmaması və irəliləyişin "yavaş" tempi də daxil olmaqla, "eyni səhvləri" təkrar baş verib.

Ukraynadakı müharibədə Rusiya ordusuna komandanlıq edəndən Dvornikov tərəfindən aprelin əvvəlində Kramatorsk vağzalında mülki əhali evakuasiya edilərkən 7 uşaq da daxil olmaqla 59 nəfərin ölümünə səbəb olan raket zərbəsini planlaşdırıldığı güman edilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »