Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
WhatsApp yeni funksiya üzərində işləyir
WhatsApp yeni funksiya üzərində işləyir

“WhatsApp” mesajları göndərdikdən sonra redaktə etməyə imkan verən yeni funksiya üzərində işləyir.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, iOS, Android və masaüstü versiyalar üçün hazırlanmış bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil. “WhatsApp”-ın üzərində işlədiyi yeni funksiya haqqında ilk məlumat isə hələlik budur.

“WABetaInfo” tərəfindən açıqlanan xüsusiyyət, WhatsApp təcrübəsinin əhəmiyyətli dərəcədə dəyişəcəyini göstərir. Çünki hazırlanmış funksiya geniş ictimaiyyətə təqdim olunsa belə, göndərilən mesajları redaktə etmək mümkün olacaq. Beləliklə, səhv yazılmış sözlər üçün ikinci mesaj yazmağa ehtiyac qalmayacaq. Əslində, “WhatsApp” tərtibatçıları bu funksiya barəsində 5 il öncədən hazırlığa başlamışdılar. Ancaq o illərdə heç bir inkişaf olmadı və yeniləmə həyata keçrilmədi. İndi, isə, bu dəyişikliyin etməyin vaxtı çatdığını hesab edirlər.

“WABetaInfo”-nun məlumatına görə, biz bu düyməni "Edit" olaraq görəcəyik. Belə ki, istifadəçi səhv yazdığı və ya redaktə etmək istədiyi mesaja barmağını basdıqda redaktə edə biləcəyi düyməni görəcək. Sonra mesajı redaktə edəcək və yenidən göndərəcək. Bununla belə, WhatsApp-ın mətn redaktə xüsusiyyətində “redaktə tarixçəsi” kimi detalların olub-olmayacağı hələlik məlum deyil.

Xatırladaq ki, “WhatsApp”-ın mətn redaktə funksiyası hazırda hazırlanma mərhələsindədir. Belə ki, funksiya bir müddət daha gözləməli olacaq. Məsələ ilə bağlı şirkətdən heç bir açıqlama verilməyib. Ancaq mesajlarda “redaktə tarixçəsi” qeyd edilməsə, bir çox insanlara yazdığını sübut etmək mümkün olmayacaq. Bu isə o deməkdir ki, gələn yeniliklə, bir çoxunun həyatı dəyişə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »