Almaniya Ukraynaya özünün ən qabaqcıl IRIS-T hava hücumundan müdafiə sistemi, çoxsaylı raket sistemləri, əks batareya radarı və haubitsalar verəcək.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib. "Hökumət qərara gəldi ki, biz Ukraynanaı Almaniyanın IRIS-T formasında malik olduğu ən qabaqcıl hava hücumundan müdafiə sistemi ilə təchiz edək ", Şolz Bundestaqda deyib.
Kansler bildirib ki, hava hücumundan müdafiə sistemi “bütöv bir şəhəri” Rusiyanın hava hücumlarından qorumağa kömək edəcək. Şolz konkret çatdırılma tarixləri və komplekslərin sayını açıqlamayıb.
Qeyd edək ki, bundan bir müddət əvvəl Bild Ukraynanın 10 kompleksin tədarükündə maraqlı olduğunu və sistemin noyabrda tam istifadəyə verilə biləcəyini bildirmişdi.
Eyni zamanda Almaniya Ukraynanı düşmənin haubitsalarını, minaatanlarını və raket artilleriyasını aşkar edən müasir radarlarla da təmin edəcək. Şolz Almaniyanın ABŞ ilə sıx əməkdaşlıq edərək,çoxlu buraxılış raket sistemi (MLRS) təmin edəcəyini də qeyd edib. Ancaq buna baxmayaraq həmin sistemlərlə Rusiya Federasiyasına dərindən vurmaq olmaz.
Kanslerin sözlərinə görə, yaxın zamanlarda Almaniya Hollandiya ilə birlikdə Ukraynaya 12 ən müasir özüyeriyən haubitsa verəcək və Ukrayna hərbçilərinin bu silahlarla işləmək üzrə təlimi bir neçə günə başa çatdırılacaq.
O əlavə edib ki, Almaniya Rusiyanın tammiqyaslı işğalından sonra Ukraynanı davamlı olaraq silahla, o cümlədən 15 milyon patron, 100 min əl qumbarası və 5 min tank əleyhinə mina ilə təmin edib. Xatırladaq ki, IRIS-T SLM, Diehl Defence tərəfindən MAN SX 45 (8 x 8) şassisi əsasında hazırlanmış yerüstü hava hücumundan müdafiə sistemidir. Modifikasiya edilmiş IRIS-T qısa mənzilli hava raketləri ilə infraqırmızı təyinat başlığı və daha güclü mühərriklə təchiz edilib.
Şaquli başlatma qurğusundan atış məsafəsi 40 km-ə qədər, məğlubiyyət 20 km-dir. O, təyyarələri, helikopterləri, qanadlı raketləri, raket artilleriyasını, pilotsuz təyyarələri, radar əleyhinə raketləri və bombaları vura bilər.
İlahin, Bizimyol.info