Litvada keçirilən NATO Parlament Assambleyasının Baş Assambleyasının iclasının əsas gündəm mövsusu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü olub.
Bizimyiol.info xəbər verir ki, "Hürriyət"in verdiyi məlumata görə, paytaxt Vilnüsdə 27-30 may tarixləri arasında keçirilən görüşdə Avropalı siyasətçilərin Türkiyənin həssaslıqlarını qarşılamaqla bağlı eyni fikirdə olduğu və barışığa çağırdığı bildirilib.
Verilən məlumata görə, xüsusilə ABŞ və İngiltərə Türkiyənin həssaslıqlarını aydınlaşdırmaq üçün İsveç və Finlandiyaya lobbiçilik edib. İclasda iştirak edən türkiyəli millət vəkilləri Türkiyənin tələblərinin haqlı olduğunu bildirən çoxlu xarici millət vəkillərinin olduğunu bildiriblər. Görüşlərdə NATO-nun yüksək rəhbərliyinin Türkiyənin tələblərinin haqlı olduğunu dediyilib.
Türkiyənin terrorla mübarizə tələbləri Litva görüşündə ən mühüm mövzu olub. İsveç və Finlandiyanın bu mövzuda öz daxili qanunlarında bəzi hüquqi tənzimləmələr etmələri lazım olduğu bildirilərkən, hər iki ölkə nümayəndələri bu mövzu ilə bağlı lazımi işlərin paylaşdırıldığı barədə məlumat veriblər. Deputatlar Türkiyəyə Ankaranın ağlabatan tələblərinin yerinə yetiriləcəyi təəssüratının yarandığını bildiriblər.
NATO-da problemin həlli üçün orta zəmin tapmaq, Türkiyənin bu iki ölkənin üzvlüyü ilə bağlı daha əvvəl irəli sürdüyü tezislərə sahib çıxması və bütün tərəflərin tələblərini yerinə yetirərək problemin həlli üçün təşəbbüsün istifadə edilməsinin lazım olduğuna dair qiymətləndirmələrin aparıldığı bildirilib. Baş Assambleyada İsveç və Finlandiya parlament sədrlərinin Türkiyənin həssaslıqla yamnaşdığı məsələyə əhəmiyyət verdiklərini və problemin həllinə töhfə verəcəklərini bildiriblər.
Litvada keçirilən görüşlərdə Türkiyənin etibarlı tərəfdaş olduğu və Ukrayna-Rusiya müharibəsində tutduğu mövqenin xüsusilə önəmli olduğu bildirilib. NATO toplantısında Boğaziçi başda olmaqla Boğazın bağlanması qərarının diqqətdən kənarda qalmaması iştirakçıların diqqətinə çatdırılıb.
NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında çıxış edərək, bir neçə gün ərzində Brüsseldə Finlandiya, İsveç və Türkiyədən olan nümayəndə heyətləri ilə Türkiyənin narahatlığını aradan qaldırmaq üçün toplantı keçiriləcəyini açıqlayıb. Türkiyəyə qarşı terror təhdidlərini çox ciddi qəbul etdiklərini bildirən Stoltenberq: “Finlandiya və İsveç PKK-nın Türkiyəyə qarşı təhdidləri də daxil olmaqla, oturub bu narahatlıqları həll etməyə hazırdır. Və əlbəttə ki, biz bu terror təhdidlərinə çox ciddi yanaşırıq. Biz bilirik ki, heç bir NATO müttəfiqi Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb və buna görə də Türkiyə mühüm müttəfiqdir. Onlar öz narahatlıqlarını dilə gətirəndə, təbii ki, biz oturub həll yolunu necə tapa biləcəyimizi düşünürük", - deyə qeyd edib.
Qadir, Bizimyol.info