Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin müəmması: İndi də ağır əməliyyata hazırlaşdığı bildirilir
Putin müəmması: İndi də ağır əməliyyata hazırlaşdığı bildirilir

Rusiya ordusunun Ukraynada işləri qaydasında getmir. Bunu heç gizlətmək mümkün deyil. Amma məlum olur ki, Rusiya dövlət başçısı Vladimir Putinin də səhhətində ciddi problemlər ortaya çıxıb.

Son günlər Kremlin rəhbəri barədə müxtəlif şeylər yazılır. Onun hətta həyatını itirdiyi, prezidenti oxşarı əvəz etdiyi iddia olunurdu. Çox müəmmalı situasiya yaranıb. İndi də Putinin ağır əməliyyata hazırlaşdığı bildirlir.

Bizimyol.info xəbər verir ki, Rusiya Milli Onkologiya Mərkəzində ölkə rəhbəri ilə bağlı məsuliyyəti üzərinə götürməyə hazırlaşırlar. Korpuslardan biri bütün pasiyentlər üçün bağlı elan olunub. Bir sıra “Telegram” kanalları Putinin əməliyyatına hazırlıq getdiyini yazır. İsrailli jurnalist Mark Kotlyarski də belə məlumat aldığını açıqlayıb. “Mojem obyasnit” kanalına danışan media nümayəndəsi Putinin səhhətinə cavabdeh olan həkimlər çevrəsindən ona informasiya ötürüldüyünü deyib. Kotlyarski dövlət başçısının əməliyyatdan əvvəl nəzərdə tutulan müayinədən keçirildiyini iddia edib.

Qərb mediası yazır ki, Putin sürətlə yayılan xərçəng xəstəliyinin ağır formasını yaşayır. Onun tezliklə həyatını itirə biləcəyi ilə bağlı məlumatlandırıldığı qeyd olunur. Məşhur amerikalı rejissor Oliver Stoun da Putinin xərçənglə mübarizə apardığını deyir.

Ola bilər ki, Rusiya Prezidenti bu mübarizədə məğlubiyyətdən müvəqqəti qaça biləcək. Yəni o, yaxın günlərdə həyatını itirməyə də bilər. Amma Putinin səhhətinin qaydasında olmaması şübhəsizdir.

Onun ictimaiyyət qarşısında az-az görünməsi təkcə sui-qəsd ehtimalından ehtiyatlanmasına görə deyil. Putin özünü heç yaxşı hiss etmir. Videogörüntülər dövlət başçısının narahatlığını ortaya qoyur.

Rusiya bütün mənalarda özünün ağır dövrünü yaşayır. Putin ölkəni çox böyük iqtisadi böhranla üz-üzə qoyub. Sanki şimal dövləti üçün bütün pəncərələr qapanır. Putinin niyə israrla vətəninə pislik etməyə çalışmasını anlamaq olmur. İndi Rusiyanın özünün də ağır əməliyyata ehtiyacı var. Amma bu əməliyyatdan sağ çıxmaq çox əhəmiyyətlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »