İsveçrə hökuməti Danimarka tərəfindən Ukraynaya İsveçrə istehsalı olan zirehli maşınların verilməsini qadağan edib.
Bizimyol.info xəbər verir ki, bu barədə İsveçrənin "SRF" telekanalı məlumat yayıb.
Danimarka hökuməti Ukraynaya 20-yə yaxın "Piranha III" döyüş maşını vermək istəyir. Danimarka səlahiyyətliləri icazə üçün İsveçrənin İqtisadi Məsələlər üzrə Seco Dövlət Katibliyinə rəsmi müraciət edib və təklifə rədd cavabı alıb: Seco bir neçə gün əvvəl sorğunu rədd edib.
Bernin icazəsi olmadan Danimarka Ukraynaya bu texnikanın verilməsi mümkün deyil: Danimarka nəqliyyat vasitələrini alarkən üzərinə hərbi texnikanı yalnız İsveçrənin icazəsi ilə üçüncü tərəfə təhvil vermək öhdəliyi götürüb.
Aprelin əvvəlində Seco Almaniyadan "Gepard" qurğuları üçün sursatları Ukraynaya ötürməkdən artıq imtina etmişdi. Seco "yox"unu neytrallıq və Müharibə Materialları Aktı ilə əsaslandırır. Həmin akta əsasən İsveçrənin müharibə edən ölkələrə silah ixracı qadağan edilir. Bununla belə, İsveçrənin xaricdən gələn təzyiqlər qarşısında öz mövqeyinə sadiq qalıb-qalmayacağını zamanla bilinəcək. Ötən həftə Almaniyanın vitse-kansleri Robert Qabek Ukraynaya “maksimum dəstək” axtardığı barədə xəbərdarlıq edib.
Fevralın 24-dən əvvəl Almaniya da müharibə edən ölkələrə silah ixracını istisna edirdi. Robert Qabek səhvini etiraf etdi: “Biz reallığa öz münasibətimizi yenidən qiymətləndirməliyik”, - deyib.
İsveçrə Federal Şurasının bu və ya gələn cümə günü məsələ ilə bağlı qərar verəcəyi gözlənilir. Federal administrasiyada və parlamentdə müharibə materialları qanununda hərəkətə keçmək üçün yer görən səslər var: İsveçrə müəyyən şərtlər altında Avropa dövlətlərinə İsveçrə silahlarını ötürməyə icazə verə bilər.
“Federal Şura indi hərəkətə keçməli və çatışmazlıqları düzəltməlidir. Bu silahlar təcavüzkardan özünü müdafiə edən bir ölkəyə verilə bilər”, - deyə İsveçrənin Dövlət Şurasının üzvü Pirmin Bischoff ümid verici münasibət nümaiş etdirib.
Xatırladaq ki, İsveçrə rəqəmsal xidmətlərin inkişafı üçün Ukraynaya maliyyə köçürüb.
Qadir, Bizimyol.info