Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyunun 2-nə olan hava proqnozu
İyunun 2-nə olan hava proqnozu

İyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »