Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyat planlarını özünün milli təhlükəsizliyi maraqlarına uyğun olaraq təşkil edir və o, sərhədyanı hərəkətlər üçün heç kimdən icazə istəməyə borclu deyil.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşündə Suriyadakı vəziyyətin müzakirə edildiyini, Suriya mövzusunda Rusiya ilə təmas olub-olmayacağının və görüşdə ola biləcək bir əməliyyatın gündəmə gəlib-gəlməyəcəyinin sualını cavablandırarkən İbrahim Kalın: “Suriyanın şimalında Türkiyəyə qarşı təhdidləri aradan qaldırmaq üçün son 5-6 ildə Suriyada üç böyük hərbi əməliyyat keçirdik. Bunlar tamamilə Türkiyənin qanuni təhlükəsizliyi çərçivəsində həyata keçirilən əməliyyatlar idi. Bu müddət ərzində Fəratın şərqini və qərbini əhatə etmək üçün həm amerikalılar, həm də Rusiya tərəfi ilə 2019-cu ildə iki razılaşma əldə etsək də, bu bölgələrdən Türkiyəyə qarşı terror təhdidləri tam aradan qalxmayıb.
Üstəlik, bu müddətdə həyatını itirən çoxlu suriyalı var", - deyə bildirib.
O qeyd edib ki, Fəratın şərqi də başda olmaqla PKK və YPG-nin nəzarəti altında olan ərazilərdə hərbi cinayətlər törətdiyini, onlara məxsus olmayan digər kürd təşkilatları da daxil olmaqla, digər qurumları, şəxsləri, müxalifləri öldürdüyünü, onlara təzyiq etdiyini hamı bilir.
"Amma indiyə qədər gördüyümüz bəzi tədbirlər və apardığımız hərbi əməliyyatlar kimi, xüsusilə öz sərhəd təhlükəsizliyimizi qorumaq üçün bu istiqamətdə istənilən addımı atmaq Türkiyənin ən qanuni haqqı, ən haqlı tələbidir. Bununla bağlı heç kimdən icazə almaq fikrində deyilik. Çünki Türkiyə Türkiyənin sərhədlərini qoruyur", - deyə o bildirib.
Kalın qeyd edib ki, təbii olaraq, biz müttəfiqlərimizlə və digər ölkələrlə məsləhətləşirik: "Biz də uyğun vaxtlarda və əsaslarla müttəfiqlərimizlə əməkdaşlıq edirik, lakin təhlükəsizliyimizə gəldikdə, öz prioritetlərimizə əsaslanaraq fəaliyyət xəttimizi aydın şəkildə müəyyənləşdiririk. Buna görə heç kimdən icazə istəmədən ona uyğun hərəkət edirik. Və güman edirik ki, tərəfdaşlarımız bunu anlayışla qarşılayır", - deyib
"Burada həm Rusiya tərəfinin, həm də Amerika tərəfinin 2019-cu ildə, xüsusilə PKK və YPG-nin yerləşdiyi bölgələrlə bağlı bağladığımız razılaşmaya sadiq qalması böyük əhəmiyyət kəsb edir.
Amma bunun xaricində sərhəd təhlükəsizliyimizi böyük ölçüdə təmin etmişik, lakin Suriyanın gələcəyi, ərazi bütövlüyü, siyasi birlik və ictimai birlik, PKK və YPG-nin oradakı qeyri-qanuni fəaliyyətlərinə göz yumması, Suriyanın ərazi bütövlüyünə təhlükə yaradan fəaliyyətin gedişini laqeydliklə izləyə bilmərik. Biz həmsöhbətlərimizə bunun yolverilməz olduğunu bildiririk. Dünən telefon danışığımda bu barədə Sullavinə də bildirdim.
Biz bütün səviyyələrdə digər Avropalı Britaniya, Fransa və Alman həmkarlarımıza bunları söyləməyə davam edirik. Biz bundan sonra bunun qaşısının alınmasına davam edəcəyik", - deyə Kalıb qeyd edib.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə axşamı Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirməyə hazır olduğunu bildirib. Yerli KİV-in məlumatına görə, əməliyyat yaxın vaxtlarda başlaya bilər. Əməliyyatlara 50 minə yaxın türk hərbçisinin və Türkiyənin dəstəklədiyi Suriya silahlı müxalifətinin döyüşçülərinin cəlb edilməsi planlaşdırılır.
Türkiyənin Suriyanın şimalında daha əvvəl həyata keçirdiyi əməliyyatlar nəticəsində Hələbin şimalındakı Aazaz və Cerablus şəhərləri arasında təhlükəsizlik zonası yaradılıb, Afrin azad edilib, Fərat çayının şərqindəki sərhəd bölgələri nəzarətə götürülüb.
Qadir, Bizimyol.info