Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Norway Chess": Məmmədyarovdan qələbə, Rəcəbov uduzub
"Norway Chess": Məmmədyarovdan qələbə, Rəcəbov uduzub

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçiriblər.

"Report"un məlumatına görə, Məmmədyarov I turda norveçli Aryan Tari ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster 28-ci gedişdə heç-heçəyə razılaşıb. Lakin Məmmədyarov ikinci görüşdə rəqibinə qalib gəlib. O, 36-cı gedişdə Tarini təslim olmağa məcbur edib.

Rəcəbov isə ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayıb. Görüş 38-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »