Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordusu Severodonetskdə Ukrayna qüvvələrini mühasirəyə almaq istəyir
Rusiya ordusu Severodonetskdə Ukrayna qüvvələrini mühasirəyə almaq istəyir

Rusiya ordusu Ukraynanın Severodonetsk yaşayış məntəqəsi üzərində tam nəzarəti ələ keçirməyə çalışır.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.

Bildirilir ki, Ukrayna ordusunun müdafiə qüvvələrinin bölmələrini mühasirəyə alınır.

Həmçinin Rusiyanın Donetskdə minaatan atəşinin dəstəyi ilə Severodonetsk və Baxmut istiqamətlərində aktiv hücum əməliyyatları apardığı deyilir.

Baş Qərargah qeyd edir ki, Slobojanski istiqamətində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin birlik və bölmələrindən olan dəstələr öz mövqelərini saxlamağa çalışır.

Baş Qərargah qeyd edir ki, ruslar Seversk və Rayqorodok yaşayış məntəqələri istiqamətlərində hücuma hazırlaşır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »