Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici diplomatlar Kəlbəcərdə İstisuda olublar
Xarici diplomatlar Kəlbəcərdə İstisuda olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başa çatıb.

Xarici diplomatlar rayonun İstisu qəsəbəsində olub, İstisunun müalicəvi mineral bulaqlarına baş çəkib, həmçinin, Kəlbəcər balının dadına baxıblar.

Bundan əvvəl onlar Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, “Kəlbəcər-1” su elektrik stansiyasında (SES) görülən işlərlə də tanış olublar.

Qeyd edək ki, səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat, eləcə də hərbi atteşe iştirak edib.

***

Kəlbəcər öz gözəlliyi ilə heyrətləndirir.

Bunu Kəlbəcərdə diplomatik korpusun tərkibində səfərdə olan Malayziya səfiri Dato Yubazian bin Yusof deyib.

Səfir bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərindəki bütün şəhərlərdə olub.

O əlavə edib ki, Malayziya ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biri biomüxtəlifliyin inkişafıdır və bir müddət əvvəl Qızılağac Milli parkında reallaşdırılmış layihə bu sahəyə öz töhfəsini verib.

Səfir gələcəkdə bu cür layihələrin sayının artacağına ümidvar olduğunu bildirib.

***

Pakistan və Azərbaycan minaların təmizlənməsi sahəsində əməkdaşlığı müzakirə edir.

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

"Pakistan artıq minaların təmizlənməsi üzrə məsələlərlə bağlı Azərbaycan hökuməti ilə təmasdadır. Pakistanlı istehkamçılar və digər mütəxəssislər bu prosesdə Azərbaycana kömək etmək üçün Qarabağa gələcək", - səfir deyib.

O əlavə edib ki, Qarabağda sahibkarlığın inkişafı üçün çoxlu imkanlar mövcuddur.

"Hesab edirəm ki, bərpa işləri başa çatan kimi bir çox Pakistan şirkətləri buradakı iqtisadi imkanları öyrənməyə başlayacaq", - deyə o bildirib.

Səfirin fikrincə, daha çox diqqət tələb edən sahələrdən biri də təbii ehtiyatların, o cümlədən şirin su mənbələrinin tədqiq olunmasıdır.

"Kəlbəcərin gözəlliyi və landşaftı heyrətləndirir. İnanıram ki, bir çox pakistanlılar bu gözəlliklərdən zövq almaq üçşün Qarabağa gələcək. Bura bütün dünya üxçün xüsusi turizm mərkəzinə çevriləcək", - B.Haye bildirib.

***

Alternativ enerji Azərbaycanla İsrail arasında əməkdaşlığın prioritet sahələrindən biridir.

Bunu diplomatik korpusun tərkibində Kəlbəcərdə səfərdə olan İsrail səfiri Corc Dik deyib.

Onun sözlərinə görə, İsrail bərpa işləri ilə əlaqədar Azərbaycana kömək etməyə hazır olduğunu bildirib.

"Azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində əməkdaşlıq Azərbaycanla İsrail arasında əməkdaşlığın prioritet sahələrindən biridir", - səfir deyib.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.

***

Diplomatik korpus nümayəndələri Kəlbəcər rayonuna səfər çərçivəsində Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar.

Qonaqlar Kəlbəcər və Laçın rayonlarında iki su elektrik stansiyasının bərpası ilə bağlı işlərin başladığı barədə məlumatlandırılıb. Bu stansiyalar erməni işğalı dövründə tamamilə dağıdılmışdı.

Diplomatik korpus nümayəndələri Kəlbəcərdə su elektrik stansiyasını nəzərdən keçirib və onun işi ilə tanış olublar.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir. (Trend.az)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »