Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BAAU-da məzun günü keçirilib
BAAU-da məzun günü keçirilib

Mayın 31-də Bakı Avrasiya Universitetində “Məzun günü” keçirilib.

Məzunları təbrik edən universitetin rektoru, professor Nazim Hüseynli onlara gələcək işlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, məzunlar bu günü həm də öz qarşılarında hesabat günü kimi dəyərləndirməlidir.

Daha sonra çıxışında, təhsilin qarşıda duran bütün problemlərin açarı olduğunu bildirən N.Hüseynli BAAU məzunlarının ölkəmizin inkişafı və xalqımızın rifahı yolunda uğurlara imza atacağına əmin olduğunu deyib.

“Təhsil ictimaiyyətin əldə etdiyi biliklərini, bacarıqlarını və dəyərlərini bir nəsildən digərinə ötürən bir prosesdir – deyən rektor bütün mərhələlərdə bunun daha da zənginləşdirilməsinin zəruriliyini qeyd edib.

Sonra fakultə dekanları dosent Salman Süleymanov və dosent Mütəllim Rəhimov çıxış edərək məzunları təbrik ediblər.

Daha sonra təhsildə və ictimai fəaliyyətdə fərqlənən məzunlara fəxri diplomlar təqdim ounub.

Rəsmi tədbir başa çatdıqdan sonra “Məzun günü” bədii hissə ilə davam edib.

BAAU-da məzun günü keçirilib

BAAU-da məzun günü keçirilib

BAAU-da məzun günü keçirilib

BAAU-da məzun günü keçirilib

Son xəbərlər
Bütün xəbərlər »