Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstana rəsmi səfəri çərçivəsində mayın 31-də bu ölkənin Milli Assambleyasının sədri Nikola Minçev ilə görüşüb.

XİN-dən "Bizimyol.info"ya verilən məlumata görə, N.Minçev səfərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verəcəyini qeyd edib.

C.Bayramov iki ölkə arasında baş tutan ikinci strateji dialoq görüşü çərçivəsində faydalı fikir mübadiləsinin aparıldığını bildirib. Nazir parlament ölçüsünün ikitərəfli əlaqələrin vacib istiqamətini təşkil etdiyini söyləyib. O, Milli Məclisin sədri Sahibə Qafarovanın iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubunu Nikola Minçevə təqdim edib.

Bolqarıstan Milli Assambleyasının sədri məktuba görə təşəkkür ifadə edib və qarşılıqlı təbriklərini səsləndirib.

Görüşdə iki ölkə arasında energetika, iqtisadiyyat, humanitar, o cümlədən təhsil və mədəniyyət, habelə turizm sahəsində əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.

C.Bayramov Bolqarıstan Milli Assambleyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamənin qəbul olunmasına görə qarşı tərəfə təşəkkürünü bildirib. Nazir qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »