Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Patruşev: "Rusiyanı Ukrayna ilə münaqişəyə ABŞ təhrik edib"
Patruşev: "Rusiyanı Ukrayna ilə münaqişəyə ABŞ təhrik edib"

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, amerikalılar Rusiya və Ukrayna arasında Vaşinqton tərəfindən qızışdırılan münaqişədən özlərinin xeyrinə bir sıra siyasi və iqtisadi gəlir əldə etmək üçün istifadə edirlər.

Bizimyol.info xəbər verir ki, Patruşev bunu çərşənbə axşamı Kazanın Volqa bölgəsində milli təhlükəsizliklə bağlı iclasda deyib.

"Təhlükəsizlik sahəsində konstruktiv dialoqdan qəti şəkildə imtina edən ABŞ və müttəfiqləri Ukraynada hərbi gərginliyin artmasına, Donbassda münaqişənin qızışmasına həmçinin Rusiyanı onun içərisinə çəkməsinə hər cür töhfə verdi",- deyə o qeyd edib.

Patruşevin fikrincə, dünyada başlanan qlobal anti-Rusiya kampaniyası sübut edir ki, Ukrayna Qərb üçün Rusiyanı zəiflətmək və təcrid etmək məqsədi daşıyan hibrid müharibəni açıq şəkildə başlatmaq üçün sadəcə bəhanə olub.

"Bu niyyətlər 2022-ci ilin fevralından çox əvvəl yaranıb və Rusiya Federasiyasının hərəkətlərindən asılı olmayaraq həyata keçirilə bilərdi", - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vurğulayıb. "Rusiya 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişindən sonra 8 il ərzində vəziyyəti sülh yolu ilə həll etmək üçün əlindən gələni etdi. Lakin bütün cəhdlərimiz boşa çıxdı", - o qeyd edib.

O qeyd edib ki, Kiyevin Qərb tərəfdaşlarının Ukrayna ərazisi ilə bağlı “xüsusi planları” var.

“Kiyev rejiminin qondarma qərb tərəfdaşları da mövcud vəziyyətdən eqoist maraqları üçün istifadə etməyə qarşı deyil və Ukrayna torpaqları ilə bağlı xüsusi planları var. Bunun əyani təsdiqi Polşa Prezidenti Anjey Dudanın Kiyevə səfəri, eləcə də onun Polşa-Ukrayna sərhədinin tezliklə aradan qaldırılacağı ilə bağlı bəyanatları oldu”, - deyə şəhlükəsizlik şurasının katibi qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »