Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya ilə saziş təxirə salınmış müharibə deməkdir" - Ukrayna hökuməti
"Rusiya ilə saziş təxirə salınmış müharibə deməkdir" - Ukrayna hökuməti

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak vurğulayıb ki, Rusiya ilə saziş bağlamaq mümkün deyil. Çünki əks halda bu, təxirə salınmış müharibə, Ukrayna üçün yeni hücumlar və risklər təhlükəsi demək olardı.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Podalyakın sözlərinə görə, Ukraynaya Minsk-3 tipli müqavilə yox, Avropada təhlükəsizlik təminatları haqqında sazişlər və sadəcə, imzalanmış ittifaq yox, daha dəqiq desək, “qlobal elitanın məsuliyyəti öz üzərinə götürməyə hazır olması” lazımdır.

Mixaylo Podolyak Mixail Podolyak

Bəzi avropalı siyasətçilər Ukraynanın Rusiya Federasiyası ilə sülh müqaviləsinə razılıq verməli və döyüşləri dayandırmalı olduğunu düşünür. Hələ ki, bu cür fikirləri ayrı-ayrı şəxslər deyir. Amma Ukrayna üçün silahların və silahlanmanın niyə lazım olduğunu sübut etmək getdikcə çətinləşir.

Hakimiyyət başa düşür ki, Rusiya ilə yeni müqavilə imzalamaq “təxirə salınmış müharibəyə bilet”dir. Bu isə daha da qanlı olacaq, çünki Rusiyanın yeni qüvvələr hazırlamağa vaxtı olacaq.

Ümumiyyətlə, Rusiyanın ultimatumları ilə razılaşmaq onun qələbəsi demək olacaq ki, bu da yeni eskalasiyaya gətirib çıxaracaq. Ukrayna tərəfi hazırda Rusiya Federasiyası ilə yalnız humanitar məsələlər və əsirlərin mübadiləsi ilə bağlı danışıqlar aparır, siyasi və diplomatik məsələlərə fasilə verilib.

Rusiya sanksiyaların təzyiqini tam hiss etdiyi və avropalılar yekdilliklə Kremlin təcavüzünə qarşı çıxış etdiyi zaman Ukrayna daha yaxşı vəziyyətdə olacaq.

Ukrayna prezidenti Vladimir Zelenski isə əməliyyat vəziyyətini nəzərə alaraq danışıqlar prosesini “dondura” bilər. Podolyak hesab edir ki, Ukraynanın şəxsən onun üçün qələbəsi bir neçə amildən ibarətdir. Bura beynəlxalq sənədlərlə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyü, dünya ölkələri ilə Rusiya arasında "dəmir pərdə" və Rusiyanın nüfuzunun pisləşməsi daxildir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »