Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinə təklif: "SSRİ-nin necə və niyə dağıldığını xatırlayın"
Putinə təklif: "SSRİ-nin necə və niyə dağıldığını xatırlayın"

“Naftoqaz”ın keçmiş rəhbəri Andrey Kobolev hesab edir ki, enerji embarqosu Ukraynaya Rusiya ilə müharibədə qalib gəlməyə kömək edəcək.

Bizimyol.info Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Kobolev öz sosial şəbəkə səhifəsində yazıb. Paylaşımında Kobolev Vladimir Putinə SSRİ-nin necə və niyə dağıldığını xatırlatmağı təklif edib. Belə ki, 1980-ci illərin ikinci yarısında neftin qiymətinin düşməsi nəticəsində sovet iqtisadiyyatı dərin böhrana düşmüşdü.

“Avropa enerji bazarının geri qaytarılmaz şəkildə itirilməsi və onun digər təchizatçılar tərəfindən tutulması Kreml rəhbərlərinə Sovet İttifaqının necə və niyə dağıldığını xatırlatmalıdır”,- deyə bildirən Kobolev həmçinin qeyd edib ki, neft embarqosu qismən qəbul edilib. Amma bu da Rusiya Federasiyasına əhəmiyyətli dərəcədə təsir edəcək. Buna baxmayaraq, qərar Rusiya iqtisadiyyatını tam məhv etməyəcək.

Rusiya neftin bir hissəsini başqa bazarlara yönəldəcək, lakin onu dəha böyük endirimlərlə satacaq. Kobolevin fikrincə, sanksiyalar əhəmiyyətli təsir göstərə və Rusiya Federasiyası üzərində qələbəyə töhfə verə bilər.

"Bu həll Rusiya iqtisadiyyatını tamamilə məhv etmək üçün kifayətdirmi? Təəssüf ki, yox - dəniz yolu ilə daşınan neftin əhəmiyyətli hissəsi sanksiyaları dəstəkləməyən ölkələrə yönləndiriləcək",- deyə Kobolev yazıb.

Xatırladaq ki, bir müddət əvvəl ən böyük neft şirkəti “Lukoyl”un sahiblərindən olan Leonid Fedun RBC-yə verdiyi açıqlamada Rusiyada neft hasilatının təxminən 30 faiz azaldılmalı olduğunu bildirmişdi. Yəni bu sanksiyalardan sonra Rusiya effektiv şəkildə gündə 10 milyon barel hasil edə və sata bilməyəcək. Buna görə də, Fedun hasilatı təxminən 7 milyon barrelə qədər azaltmağı təklif edib.

Boru kəmərinin cari tədarükünün əsas hissəsi Almaniya və Polşaya gedir. Bu da Aİ-nin hər hansı addımından asılı olmayaraq, Rusiyadan tədarükdən imtina edəcəklərini bildirmişdilər. Mənbələrin məlumatına görə, bazar ertəsi Berlin yazılı şəkildə bu sözə sadiq qalacağını öhdəsinə götürəcək. Əgər hər iki ölkə dediyini edərsə, dəniz embarqosu ilə birlikdə ümumi təsir ilin sonuna qədər Rusiyanın Avropaya xam neft satışlarının 90 faizini azaldacaq.

Bir müddət əvvəl Avropanın sonuncu böyük enerji şirkəti olan Fransanın "Total Energies" Rusiyadan çıxmağa başlayıb. Total Energies həmçinin Rusiyanın "Novatek" şirkəti ilə birgə "Arctic LNG-2" layihəsinə 4,1 milyard dollar sərmayə qoyub.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »