Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlanlardan necə qoruna bilərik?
İlanlardan necə qoruna bilərik?

Havalar isinən kimi ilansancmaların sayır artır. Belə ki, son bir ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 20 nəfər müraciət edib. Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Müraciət edənlər arasında ölüm halı qeydə alınmasa da, Mərkəz bütün hallarda əhalini diqqətli olmağa çağırıb.

  • İlanlardan necə qoruna bilərik?

Biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda olan 28 növ ilandan 6-sı zəhərlidir ki, bunlardan da ən geniş yayılmışı “Levant” gürzəsidir. Gürzə, quyruğu ilə birlikdə 2 metrdən çox uzunluğa malik olur. Ona daha çox meşələrdə, dağlıq ərazilərdə, çöllük və düzənliklərdə rast gəlinir. Azərbaycanda bu böyüklükdə gürzələrə nadir halda rast gəlmək mümkündür. Azərbaycanda olan gürzələrin uzunluğu 90 sm, 1 metr olur.

Təvəkkül İsgəndərovun sözlərinə görə, Azərbaycanda 5 növ xırdaölçülü gürzələrə arst gəlinir. Qalan 22 növ ilanlar isə, suilanları, təlxələrdir ki, onlar zərərsiz hesab edilir:

“İlanlar aprel ayı başlayndan iyun ayına qədər ovlamaq üçün ətrafa səpələnirlər. Yəni bu ilanların həyat tərzidir, insanlarla heç bir əlaqəsi yoxdur. İlanlar gizli həyat keçirirlər. Belə ki, onlar pusqu qurur və şikarını ovlayırlar. İnsan təsadüfən həmin ərazidən keçərsə, ilan onu sanca bilər”

Mütəxəssis qeyd edib ki, ilanlardan iki yolla qorunmaq mümkündür. Yəni ilansancması üçün insan özü şərait yaratmış olur. Təvəkkül İsgəndərov qeyd edib ki, ilandan qorunmağın ən yaxşı yolu ərazidə ilan üçün münbit və əlverişli şəraiti aradan qaldırmaqdır. Yəni ilan üçün gizlənmə yerləri qoymamaq, əşyaları, materialları yerdən 50-60 sm hüdürlükdə dayaq üzərinə yığmaq, ərazini səliqəli saxlamaq, otu və kol-kosu biçmək, siçan-siçovul və quş yuvalarını ləğv etməkdir. Onun sözlərinə görə, ilanlardan qorunmağın ikinci yolu əraziyə ilan keçməsi ehtimal olunan yerləri, hasardakı məsamələri, ərazidə ilanın gizlənməsi mümkün ola biləcək yerləri xüsusi kəskin qoxulu maye, toz və ya briket formada olan ilanqovucu preparatlarla işləməkdir.

Mütəxəssis bildirib ki, iy, qoxu müvəqqəti olduğu üçün bunu 7-10 gündən bir təkrarlamaq lazımdır.

“İlanlar, tətbiq edilən qoxuya öyrəşə bilir. Buna görə də vətəndaşlar bilməlidir ki, qoxu verən preparatlar 100 faiz qoruyucu deyil”-deyən bioloq həmçinin vurğulayıb ki, əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer və ya qurğu varsa, ora ən kəskin iyli maye, yuyucu vasitə, kükürd, kerosin, mazut, kül tökə, yaxud da yarpız, sarımsaq kimi bitkiləri qoymaqla ilanları uzaqlaşdıra bilərsiniz. Ən yaxşısı isə, bunu mütəxəssislərə həvalə etməkdir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »