Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Problemi həll etmək üçün onun üzünə dik baxmaq lazımdır"
"Problemi həll etmək üçün onun üzünə dik baxmaq lazımdır"

Bəzən həyat bizim istədiyimiz kimi yolunda getməyə bilir. Sözün əsl mənasında əlimizi nəyə atsaq “quruyur”, hansı qapını döysək qapılar üzümüzə bağlanır, hansı dostdan yardım istəsək, o şəxsin dost olmadığını anlayırıq. İşimizi itiririk, bəzən yaxınlarımızı. Sanki dalana dirənmişik. Və hər kəs bu problemləri müxtəlif formalarda yaşayır. Bəzən qəbullanır və ya mübarizə aparır, bəzən ruhdan düşür, çöküş yaşayır, bəzən intihara qədər gedir bu yol…

  • Bəs həyatımızın altı üstünə çevriləndə nə etməliyik?

Psixoloq Fuad Əsədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, insanlar bir bir problemlə üzləşdikdə üç cür reaksiya verə bilirlər. Bunlardan birincisi inkardır. Yəni bəzi insanlar ya problemin varlığını inkar edir, ya daki, bu problemdə öz üzərlərinə düşən rolü. Misal olaraq, koronavirusa inanmayıb və ya özlərində hansısa bir xəstəliyin varlığına inanmayıb təkrar-təkrar həkimə gedən, övladının dərsləri oxumadığını inkar edib müəllimləri aşağı qiymət yazmaqda günahlandıran, özünün kifayət qədər çalışmadığı inkar edib maddi vəziyyətinin aşağı olmasında sistemi günahlandıran insanları misal göstərmək olar. Mütəxəssis bildirir ki, belə insanlar adətən, başlarına gələn hadisələrə görə digər insanları, valideynləri, dövləti və sistemi günahlandırırlar.

Fuad Əsədov Fuad Əsədov

“Məncə, bu, doğru üsul deyil. Çünki, problemi həll etmək üçün onun üzünə dik baxmaq lazımdır” - deyə Fuad Əsədov qeyd edib.

Psixoloqun sözlərinə görə, bəzi insanlar isə, problem qarşısında çöküş yaşayırlar, tab gətirə bilmirlər. Yəni problem qarşısında çökürlər.

Bu zaman hərhansı bir mübarizədən söhbət gedə bilməz. Bu zaman insanda ümidsizlik və çarəsizlik baş qaldırır.

“İnsan edəcəyi heç bir şeyin bir mənası olacağına inanmır. Fikrimcə, biz həyatımızdakı problemlərin bir çoxunu həll edə bilərik. Həll edə bilmədiyimiz şeylər zatən problem deyil, reallıqdır” - deyə psixoloq vurğulayıb.

Problem qarşısında insanların göstərdiyi üçüncü reaksiya isə qəbullanmadır ki, bu da doğru yol hesab edilir. Çünki insan əvvəlcə həqiqəti qəbul etməlidir.

“Həyatımda istəmədiyim bir şey var və mən deyəsən, bununla mübarizə aparmalı olacam. Problemi həll edə bilmək üçün birinci onun varlığını qəbul etmək lazımdır. Əlimizdən gələn hər şeyi etdikdən sonra taleyə arxalana bilərik” - deyə psixoloq bildirib.

P.S. Təəssüflər olsun ki, həyatda insanların çoxu inkar və çöküş modelinə daha çox üstünlük verir. Problemi qəbul etmək, problemdən yaxa qurtarmaq üçün öz üzərinə düşənləri edib, gözləməyi heç kim bacarmır.

Məncə, insan heç nədən çəkinməməlidir. Problemlər nədir ki? İndi məsələyə başqa bir konteksdən yanaşaq. Həyatımızı enişli-yoxuşlu edən, maraq qatan bu problemlər deyilmi? İnsan mükəmməl varlıqdır və biz hər bir problemin öhdəsindən gəlməyi bacaracaq qədər güclüyük…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »