Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin Kremldəki "yaxın adamları"ndan biri də vəzifəsindən istefa verib
Putinin Kremldəki "yaxın adamları"ndan biri də vəzifəsindən istefa verib

Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsinə kömək edən Valentin Yumaşevin prezidentin müşaviri vəzifəsindən istefa verdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən, Kremldə siyasi böhranlar davam edir.

Valentin Yumaşevin istefası son iki ayda Kremldə Putinə yaxınlıqları ilə seçilən ikinci adamın vəzifəsini tərk etməsi kimi dəyərləndirilir. Birincisi, Rusiya prezidenti Vladimir Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın idi. O, martın 23-də istefa verdikdən sonra Kremldən Yumaşevin istefası ilə bağlı daha bir xəbər gəlib.

Ekspertlər Rusiyanın keçmiş lideri Boris Yeltsinin kürəkəni və Putinin hakimiyyətə gəlməsinə müstəsna xidmətləri olan, Prezidentin müşaviri Valentin Yumaşevin istefa verməsini Kremildə çalxalanmaların olmasın başlamasından xəbər verdiyini bildirirlər. Ölkənin müharibə apardığı və iqtisadi sanksiyalara məruz qaldığı bir vaxtda "ən yaxın admları"nın ölkə rəhbərindən uzaqlaşmasını artıq V.Putunun heç kimin təklif və məsləhətlərinə məhəl qoymaması kimi dəyərləndirirlər.

Yumaşevin idarə heyətinin üzvü olduğu Yeltesin Fondunun baş direktorunun müavini Lyudmila Telen Rusiya mətbuatına açıqlamasında müşavirin istefa verməsi faktını təsdiqləyib: "Bu, onun xahişi ilə baş verib. Ona görə də onun istefa verdiyini bilirəm", - deyib.

Sovet İttifaqının dağılmasından sonra qurulan Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin müşaviri vəzifəsində çalışan Yumaşev Kremlin əsas fiqurlarından biri sayılıb. Yeltsindən sonra Putinin prezidentliyə keçməsində mühüm rol oynayan Yumaşev 1998-ci ildən sonra da fasiləsiz olaraq prezidentin müşaviri vəzifəsini icra edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »