Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yaxın 10 gün ərzində Donbassda vəziyyət dəyişəcək" - General
"Yaxın 10 gün ərzində Donbassda vəziyyət dəyişəcək" - General

Ukrayna Silahlı Qüvvələri Qərbin hərbi yardımının yeni hissəsini aldıqdan sonra Ukraynanın şərqində hərbi əməliyyatların gedişatı yaxın 10 gün ərzində dəyişəcək.

Bizimyol.info xəbər verir ki, "Seqodnya"nın yazdığına görə, belə bir proqnozu Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj səsləndirib. Xatırladaq ki, ABŞ prezidenti Co Bayden bir neçə gün əvvəl Ukraynaya uzaqmənzilli artillariya raket sistemlərinin verilməsi barədə qərarı imzalayıb.

“Biz yeni ehtiyatlar alırıq, onlar artıq son bir neçə gündə sözün həqiqi mənasında gətiriləcəklər. Və razılaşdırılan silahlar ən son texnologiya hesab olunur. Hələki istədiklərimizin hamısı alınmayıb, amma yaxın həftə yarım ərzində ABŞ, Böyük Britaniya və Avropa ölkələrindən alınacaq. Xüsusilə alınmasında şübhələrin olduğu raketlər xüsusilə vacibdir.  Bizim də məsələn, "Uraqan" kimi,  "Smerç" kimi  raketlərə qarşılıq verəcək sursatlarımız olacq”, -  deyə Malomuj bildirib.

Onun proqnozuna görə, ukraynalı hərbçilər istənilən hədəfi vura biləcəklər.

Severodonetsk, Kramatorsk, Lisiçansk yaxınlığında, indi bağlamağa çalışdıqları magistralların bütün digər istiqamətlərdə - Xerson, Xarkovda biz bütün uzaqmənzilli artilleriya sistemini, bütün raketləri - həm "Uraqan", həm də "Smerç"i qoşunlarımıza qarşı işləyən və şəhərlərimizi məhv edən digər güclü sistemləri vura bilərik. Burada biz güclü zərbələr endirə, onları məhv edə, sonra isə çox güclü əks-hücumlar və ya taktiki hücum əməliyyatları keçirə bilərik”, - deyə o, izah edib.

Malomuj qeyd edir ki, müharibədə dönüş nöqtəsi Ukrayna xüsusi təyinatlılarına öz gücünü göstərməyə imkan verəcək. Xüsusilə, sürətli əks-hücum qüvvələri.

"Bu, Severodonetsk, Donetsk , Xerson, İzyum istiqamətləri ola bilər. İndi onlar ilk növbədə düşmənə çox güclü cavab verəcək. Digər tərəfdən yüksək səviyyədə hücum əməliyyatlarını başlamağa əsas verə biləcəklər", - deyib.

Bundan əvvəl hərbi ekspert Mixail Jiroxov Rusiya Federasiyasının yeni “müqəddəs tarix”lə əlaqədar Ukraynada taktikasını dəyişdiyini bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »