Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ukrayna limanlarından yüklərin tranzitini asanlaşdırmağa hazır olduğunu söyləyib
Putin Ukrayna limanlarından yüklərin tranzitini asanlaşdırmağa hazır olduğunu söyləyib

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Putin və Ərdoğan Rusiya-Türkiyə əməkdaşlığı, ilk növbədə, ticarət-iqtisadi sahədə əməkdaşlıq barədə hərtərəfli fikir mübadiləsi aparıblar. Qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər.

"Ukraynadakı vəziyyət müzakirə edilərkən Qara və Azov dənizlərində gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi, sularda mina təhlükəsinin aradan qaldırılmasına diqqət yönəldilib. Vladimir Putin Rusiya tərəfinin türkiyəli tərəfdaşlarla əlaqəli şəkildə yüklərin maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, həm də Ukrayna limanlarından taxıl ixracına da aiddir.

Söhbət əsnasında Rusiyaya qarşı sanksiyalar qaldırıldığı təqdirdə Federasiyanın xeyli miqdarda gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə biləcəyi təsdiqlənib" - deyə Kremlin məlumatında qeyd olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »