Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bədən tipinə uyğun məşq və pəhriz proqramı neçə seçilməlidir
Bədən tipinə uyğun məşq və pəhriz proqramı neçə seçilməlidir

Əzələlərinizi inkişaf etdirə, çəki qazana və ya itirə bilmirsinizsə, bədən tipinizə uyğun bir məşq və pəhriz proqramı tətbiq etmirsiniz.

Bizimyol.info xəbər verir ki, üç fərqli bədən tipindən yəni ektomorf, endomorf və mezomorf olduğunu öyrənə və proqramlarınızı buna uyğun təşkil edə bilərsiniz.

Hər kəsin bədənində problem var. Bəziləri kökəlmək, bəziləri arıqlamaq, bəziləri əzələ yığmaqistəyir. Bunu etmək mümkündür. Amma önəmli olan bunu necə edəcəyinizdir. Hər kəsin bədəni unikal olsa da, üç əsas bədən tipi diqqəti çəkir. Ektomorf, endomorf və mezomorf adlanan bədən tiplərini öyrənərək, pəhriz və məşq proqramını müəyyən etmək mümkündür. Təbii ki, milyardlarla insanın yalnız üç əsas bədən tipinə sahib olduğunu düşünmək yanlış olardı. Əksər insanlar ektomorf, endomorf və ya mezomorf deyil, iki bədən növünün qarışığıdır. Bununla belə, bu əsas bədən növlərindən hansının sizə ən yaxın olduğunu bilmək pəhriz və məşq proqramınızı fərdiləşdirmək üçün yaxşı başlanğıcdır.

Ektomorf, endomorf və mezomorf bədən tiplərini bir az daha yaxından tanıyaq. Ektomorf, endomorf və mezomorf olaraq üç qrupa bölünən bədən tipi nəzəriyyəsi, ilk dəfə 1940-cı illərdə Amerikalı alim William H.Şeldon tərəfindən irəli sürülüb. Maraqlısı budur ki, Şeldon psixoloq idi. Buna görə də onun nəzəriyyəsi fiziki xüsusiyyətlərə deyil, davranış nümunələrinə əsaslanırdı və buna görə də etibarsız sayılırdı. İlk nəzəriyyə etibarsız sayılsa da, zamanla inkişaf etdirildi və insanların ektomorf, endomorf və mezomorf adlı üç əsas bədən tipində qiymətləndirilə biləcəyi görüldü. İnsanların üç əsas bədən növü bunlardır:

  • ektomorf
  • endomorf
  • mezomorf

Ektomorf:

  • Yağ yoxdur, əzələ yoxdur.
  • Bədən quruluşu dar və nazik sümüklüdür.
  • Əzələ inkişafı çətindir.
  • Çəki qazanmaq çətindir.
  • Döş qəfəsi düzdür.
  • Çiyinlər kiçik və dardır.
  • Yağ kütləsi olmadığı üçün hətta mövcud əzələlər yaxşı görünmür.
  • Metabolizmi çox sürətlidir.

Ektomorf, insanlar arasında arıq adlandırılan bədən quruluşudur. Bu bədən tipinə malik insanlar, həddindən artıq arıq quruluşa malikdirlər. Onlar nə əzələ, nə də yağ saxlaya bilirlər. Maddələr mübadiləsi sürətlə işlədiyi üçün onların kökəlməsi olduqca çətindir.  Çəki alsalar da, tez itirirlər. Yəni bu bədən tipinə malik olan şəxslərin arıqlamaqla bağlı heç bir problemi yoxdur.

Ektomorfik bədən quruluşuna malik insanlar kökəlmək üçün intensiv kalori qəbul etməli, hətta qəbul etdikləri kaloriləri az xərcləmək üçün yatmazdan əvvəl yemək yeməlidirlər. Əzələ inkişafı üçün böyük əzələ qrupları üzərində qısa və gərgin iş görməlidirlər. Onlar həmçinin aktiv bədən inkişafı zamanı çoxlu qida əlavələrinə ehtiyac duyurlar.

Endomorf:

  • Çoxlu yağ, çoxlu əzələ.
  • Bədən xətləri yuvarlaq və yumşaqdır.
  • Asanlıqla yağlanır.
  • Asanlıqla əzələ qurur.
  • Yağ yandırmaq çətindir.
  • Metabolizmi yavaşdır.
  • Arıqlamaq çətindir.
  • Əzələlər yağlıdır.

Endomorf, ən qalın bədən növüdür. Bu bədən tipinə sahib insanlar yağlı, lakin güclü bədənə malikdirlər. Onlar üçün kökəlmək çox asandır. Aldıqları çəkinin çox hissəsi yağdır. Onlara ağır məşq lazımdır. Məşqləri dayandırdıqca tez kökəlirlər və əldə etdikləri çəkiləri asanlıqla itirə bilmirlər.

Endomorf bədən quruluşu olan insanlar intensiv kardio işinə ehtiyac duyurlar. Kardio ilə maddələr mübadiləsini sürətləndirərək yağ yandırırlar. Onlar karbohidratları asanlıqla yağ kimi saxlaya bildikləri üçün zülalla zəngin pəhrizə riayət etməlidirlər. Bədənin aktiv inkişafı zamanı heç bir qida əlavəsinə ehtiyac duymurlar.

Mezomorf:

  • Bədən quruluşu son dərəcə atletikdir.
  • Canlı və sərt bədən xətlərinə malikdir.
  • Əzələlər arıqdır.
  • Sinə quruluşu aydın görünür.
  • Asanlıqla əzələ qura bilir.
  • Yağlamaq ektomorfdan daha asandır və endomorfdan daha çətindir.
  • Təbii güc də adlandırılan mezomorf bədən quruluşu sanki əzələli olmaq üçün doğulub.

Bu bədən tipinə malik insanlar məşqə başlayan kimi əzələləri tez və effektiv şəkildə inkişaf etdirməyə başlayırlar. Sıx əzələ kütləsi olsa belə, diqqətli olmadıqda kökələrək güclərini itirə bilərlər. Əzələ məşqinə ehtiyac duyurlar. Bədən inkişafında ən üstünlüyə sahib bədən növüdür. Mezomorf bədən quruluşuna malik insanlar, qəbul etdikləri kalorilərə diqqət yetirərək və məşqlərini yarımçıq qoymadan atletik bədən quruluşlarını qoruyub saxlaya bilirlər.

Bədən tipini tez aşkar etmək üçün bəzi məsləhətlər:

  • Əgər asanlıqla arıqlaya bilmirsinizsə, siz endomorfsunuz.
  • Əgər su içirsinizsə, siz endomorfsunuz.
  • Əgər kökəlməkdə çətinlik çəkirsinizsə ektomorfunuz.
  • Yemək yeyib kökəlməyi bacarmırsınızsa, siz ektomorfsunuz.
  • Əgər nazik sümükləriniz varsa, siz ektomorfsunuz.
  • Sürətlə qazandığınız çəki itirirsinizsə, siz mezomorfsunuz.
  • Diqqətlə qidalanaraq kökəlmirsinizsə, siz mezomorfsunuz.

Bədən tipləri nə qədər vacibdir?

Ektomorf, endomorf və mezomorf bədən tiplərinə və onların gözə çarpan xüsusiyyətlərinə baxdıqda hamımız özümüzü bir bədən tipinə yaxın görürük. Diqqətlə baxsanız, yəqin ki, hər iki bədən tipinə aid xüsusiyyətlərin olduğunu görəcəksiniz. Əgər həqiqətən kökəlmək, arıqlamaq və idmanla məşğul olmaq qərarına gəlmisinizsə, əvvəlcə daxili xəstəliklər üzrə mütəxəssisə müraciət edin və bioloji probleminiz olub-olmadığını yoxlayın. Daha sonra dietoloqa müraciət edin. Nəhayət, idman məsləhətçisindən yaxşı bir məşq proqramı alın və dərhal onları həyata keçirməyə başlayın. Həkim müayinələrindən keçməyi unutmayın.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »