Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün dahi Sabirin doğum günüdür
Bu gün dahi Sabirin doğum günüdür

"Millət necə tarac olur olsun, nə işim var,

Düşmənlərə möhtac olur olsun nə işim var".

Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür. Düz 160 il mayın 30-da Şamaxıda anadan olan Ələkbər dövrünün sözünü deyə bilən, eybəcərlikləri satira dili ilə cəmiyyətə çatdıran satirik şairi yazıçısı idi. Aradan 160 il keçməsinə baxmayaraq, Sabir şeirlərinə nəzər saldığımız zaman sanki şairin bu günü görüb yazdığına şahid oluruq.

Sabir, Billurnisə adlı bir qızla evlənir. Bu nikahdan onun 8 qızı bir oğlu olsa da, 1902-ci il Şamaxı zəlzələsi zamanı ailəsini itirir. Sabun bişirib satır, korrektor işləyir, şeir yazır ... 1906-cı ildə Molla Nəsrəddin jurnalının əsas müəlliflərindən olur. Mirzənin həyatına baxanda asanlıqla onun nədən eybəcərlikləri asanlıqla, qorxub çəkinmədən yaza bildiyinin səbəbini də görmüş oluruq. Ağır dərdin altında əzilməməyə çalışan Mirzə, bütün hisslərini misralara tökür.

1910-cu ildə Bakıya işləməyə gələn Mirzə, ciyər xəstəliyinə tutulur. Həkimlər əməliyyat edilməyi təklif etsələr də razılaşmır. Şamaxıya qayıdır. Xəstəliyi gündən günə ağırlaşan şair yazıb yaradır, xəstəliyə məğlub olmaq istəmir.

1911-ci il Molla Nəsrəddin jurnalında şairə yardımla bağlı elan yayımlanır. Sabiri sevənlər hər yerdən jurnalın ünvanına Sabir üçün yardımlar göndərirlər.

Müsahibələrinin birində şair deyir:

"Mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

Ömür isə vəfa etmir. Sabir, 1911-ci ildə iyulun 12-də vəfat edir və Şamaxıda dəfn edilir.

"Fələ, özünü sən də bir insanmı sanırsan?!

Pulsuz kişi, insanlığı asanmı sanırsan?!"

Sabir şeirlərində günün nəbzini tutmağı bacarır. Onun şeirlərini oxuduğumuz zaman görürük ki, keçən zamanda yaxşılığa heç nə dəyişməyib. Bu gün də pulsuz insan olmaq çətindir. Bu gün də pulun yoxdursa, dəyərin yoxdur.

Digər bir satirik şeirində isə deyir:

"Adəmi adəm еyləyən paradır,

Parasız adəmin üzü qaradır!"

Yəni pul, hər dövr üçün önəmlidir. Hətta 100 illər keçsə də bu reallığı heç nə dəyişə bilməzmiş.

Başqa bir satirasında isə, Sabir insanların qəlbinin daşa dönməsindən şikayətlənir.

"Daş qəlbli insanları nеylərdin, ilahi?!

Bizdə bu sоyuq qanları nеylərdin, ilahi?!"

Bu gün insanların necə daşlaşdığının şahidi oluruq. Bəlkə zamandır onları daşlaşdıran, bəlkə də insanlaırn özü. Bircə onu bilirəm ki, heç bir zərər görməyən insan daş qəlbli ola bilmir.

"Kim nə dеyər bizdə оlan qеyrətə?!

Qеyrətimiz bəlli bütün millətə!..."

O dövrdə Sabir millətin əksər nümayəndələrinin necə qeyrətli "olduğunu" dilə gətirirdi.

Sabirin dövründə də təhsilə önəm verməyən ailələr vardı. Onlar üçün övladlarının təhsil almasında çox işləməsi önəmli idi. Və Sabir onların dilindən deyirdi:

"Оğul mənimdir əgər, оxutmuram, əl çəkin!

Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!"

"Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü səranı süpürüb, kasəni qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları bilməsə eyb eləməz...."

Biz dahi satira ustasını itirdik. Etiraf edək ki, biz insanlara sağlığında dəyər verməyi bacarmırıq. Sabir də ömrünün son günlərini iyanələrlə keçirmişdi. Və hazır idi o, son nəfəsə qədər mübarizə aparmağa... Haqq üçün...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »