Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Ermənistana texnoloji yeniliklərin ixracını asanlaşdırır
İran Ermənistana texnoloji yeniliklərin ixracını asanlaşdırır

İran hökumətinin Beynəlxalq Elmi-Texnoloji Əməkdaşlıq Mərkəzi təcrübə və biliyə malik ixracatçıları Ermənistana elm tutumlu və yaradıcı məhsulların ixracını inkişaf etdirmək məqsədilə təşkil ediləcək layihədə iştirak etməyə dəvət edib.

Bizimyol.info xəbər verir ki, İRNA-nın verdiyi məlumata görə, tezliklə Ermənistanda ölkənin bazarına yönəlmiş İrandan İnnovasiya və Texnologiya İxrac Evi yaradılacaq.

İran son illərdə öz yeni texnologiyalarını yerli bazarlara təqdim etmək üçün başqa ölkələrdə belə mərkəzlər yaradır. Bu mərkəzlər İran İslan Respiblikası elm tutumlu şirkətlərinin ən son nailiyyətlərini təqdim edir və İran məhsulları üçün müştərilər axtarır.

Hazırda İranın Rusiya, Türkiyə, Çin, Suriya və Keniyada belə innovativ evləri var. Eyni zamanda Ermənistan və İraqda daha iki mərkəz yaradılacaq.

Müraciətdə qeyd edilir ki, bununla əlaqədar olaraq və Beynəlxalq Elm və Texnologiya Əməkdaşlıq Mərkəzinin dərc etdiyi çağırış əsasında Ermənistana elm tutumlu və yaradıcı məhsulların ixracını inkişaf etdirmək üçün təcrübə və biliyə malik ixracatçılar layihədə iştirak edə bilərlər.

Qeyd edək ki, iki gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının onlayn iclasında İrəvanın İran və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət sazişinin tezliklə bağlanmasında maraqlı olduğunu bildirmişdi.

“Mən bir daha Ermənistanın İran və Avrasiya İqtisadi İttifaqı arasında tam hüquqlu azad ticarət sazişinin tezliklə bağlanmasında maraqlı olduğuna diqqəti cəlb etməyi vacib hesab edirəm. Tehranla müvəqqəti sazişin işləmə təcrübəsi İran bazarının cəlbediciliyini və əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini açıq şəkildə göstərir”, - deyə Ermənistanın baş nazir deyib.

Qadir Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »