Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ: Müharibə uzun sürcək, Rusiya aqressivliyini artıracaq
Aİ: Müharibə uzun sürcək, Rusiya aqressivliyini artıracaq

Aİ-nin baş diplomatı Josep Borrell Rusiyanın Ukraynaya qarşı müharibəsinin xeyli uzana biləcəyindən ehtiyat edir və bununla əlaqədar olaraq o, təcavüzkara qarşı əlavə sanksiyaların tətbiq edilməsini istəyir.

Bizimyol.info xəbər verir ki, diplomat bu barədə "France Info" radiosunda bildirib.

Biz dözməliyik. Müharibə uzun sürəcək, Rusiya Federasiyasının hərəkətlərinin aqressivliyi yalnız artacaq. Siyasətçi vurğulayıb ki, biz Ukraynanı mübarizə üçün vasitələrlə təmin etmək, eləcə də Rusiyaya iqtisadi təzyiq göstərməkdə davam etməliyik.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı artıq dayanmağa başlayır və Rusiyaya qarşı əlavə sanksiyalar təzyiqi Ukraynaya gələcək sülh danışıqlarında daha yaxşı mövqe tutmağa imkan verəcək.

O, həmçinin xatırladıb ki, bir gün əvvəl Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Ukrayna üçün silahlanmaya 500 milyon avro məbləğində dördüncü tranşın ayrılması barədə razılığa gəliblər.

İndi Ukraynaya silah tədarükünün ümumi məbləği 2 milyard avroya çatıb.

Borrell, həmçinin neft embarqosu və Sberbank-ın SWIFT-dən ayrılması da daxil olmaqla, altıncı sanksiyalar paketi ilə bağlı “sonda razılaşmanın olacağına” inandığını bildirib. Bununla belə, "Reuters"-ə məlum olduğu kimi, Rusiya Federasiyasından boru kəməri ilə neft tədarükü embarqo altında qalmaya bilər.

Qərbdən silah axını artmaqda davam etsə də və ABŞ Konqresi 40 milyard dollarlıq yardım paketini yenicə təsdiqləsə də, atəşkəs və sülh danışıqlarına baxılması zərurəti barədə danışıqlar getdikcə artır.

“The Economist” analitiklərinin fikrincə, indi Qərbin Putini “rahatlaşdırmaq” üçün cəsarətli məsləhətlər verməkdənsə, birlik nümayiş etdirməsi və Ukraynaya görünməmiş dəstək vermə vaxtıdır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »