Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyaya neft embarqosu tətbiq ediləcək: "Bu səhər də sərt danışıqlar oldu"
Rusiyaya neft embarqosu tətbiq ediləcək: "Bu səhər də sərt danışıqlar oldu"

“Avropa İttifaqı üzvləri Rusiyaya qarşı yeni sanksiyalar paketi, o cümlədən Rusiya neftinin idxalına məhdudiyyətlər barədə razılığa gəlməlidirlər”.

Bizimyol.info RBC Ukraynaya istinadla xəbər verir ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrell razılığın əldə olunacağına əmindir.

Cozep Borrell Jozep Borrell

"Biz yekdil qərar verməliyik. Dünən günortadan sonra da, bu səhər də sərt danışıqlar oldu",- deyə Jozep Borrell bildiirb. Onun sözlərinə görə, bu gün günortadan sonra üzv dövlətlərin başçılarına razılaşma təklif olunacaq.

Xatırladaq ki, bazar ertəsi günortadan sonra Aİ sammiti üçün razılıq əldə etməyə çalışan Avropa İttifaqı hökumətləri bazar günü Rusiya neftinə embarqo qoyulması ilə bağlı razılığa gələ bilməmişdilər. Belə ki, Rusiya neftinin idxalına qadağanın daxil edilməsi planlarının Macarıstan və digər Şərqi Avropa dövlətlərinin müqaviməti nəticəsində iflasa uğrayacı düşünülsə də, Borrell bildirmişdi ki, o belə dşüünmür. Onun fikrincə, razılıq hər hansı bir formada əldə olunacaq.

Qeyd edək ki, ötən gün axşam Avropa İttifaqı tərəfindən müzakirə edilən təklif ilin sonuna qədər Rusiyanın Avropa İttifaq'na dəniz yolu ilə neft tədarükünə qadağa qoyulmasını tələb edir. Təklifdə həmçinin qeyd edilir ki, Macarıstan, Slovakiya, Çexiya Respublikası və digər ölkələri təmin edən Rusiyanın “Drujba” boru kəməri ilə nəql edilən neft istisna olmaqla neft tədarükünə qadağa qoyulmalıdır.

Borrell isə hesab edir ki, Avropa İttifaqı bütün üzvlərinin şərtlərini nəzərə almalıdır. Xatırladaq ki, Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketi İttifaq ölkələrinə tədarük edilən xam neft və neft məhsullarına şamil ediləcək. Lakin müvəqqəti embarqo boru kəmərləri ilə tədarük olunan neftə tətbiq edilməyəcək.

Avropa hazırda Rusiya nfti və qazından tam imyinanın yollarını axtarır. Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa qəti qərara gəlib kİ, tez-gec Rusiyanın enerjidaşıyıcılarından imtina etmək lazımdır. Bunun üçün həm alternativ ixracatçılar axtarılır, həm də fərqli enerji mənbələri, o cümlədən külək və günəş enerjisindən istifadənin genişləndirilməsi nəzərdə tutulur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »