Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya öhdəliklərini pozdu, Şərqi Avropaya yerləşmək hüququmuz var" - NATO
"Rusiya öhdəliklərini pozdu, Şərqi Avropaya yerləşmək hüququmuz var" - NATO

NATO artıq Ukraynanın işğalından sonra Rusiya qarşısında götürdüyü keçmiş öhdəliklərə bağlı deyil. Artıq NATO-nun Şərqi Avropada öz qüvvələrini yerləşdirmək hüququ var.

Bizimyol.info RBC-Ukraynaya istinadla xəbər verir ki, Alyansın baş katibinin müavini Mirça Coananın sözlərinə görə, Moskva Ukraynaya hücum etdikdən sonra NATO-Rusiya təşkilatının təsis aktını pozub və hərbi-siyasi blokla dialoqu dayandırıb. Belə ki, 1997-ci ildə bağlanan akta əsasən, hər iki tərəf Avropanın razılaşdırılmış regionlarında adi silahların hər hansı təhlükə yarada bilən yığılmasının qarşısını almağa çalışmalı idi.

"Onlar qərar verdilər, qonşularına hücum etməməyi öhdələrinə götürdülər, lakin bunu edirlər. Onlar NATO ilə müntəzəm məsləhətləşmələr aparacaqdılar, lakin bunu da Rusiya etmir” - deyə Coanne bildirib.

Coanın sözlərinə görə, bundan sonra NATO-nun şərq cinahda öz mövqelərini gücləndirməsi üçün qarşısında heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların altıncı paketi xam neftə, o cümlədən Rusiyadan üzv dövlətlərə daşınan neft məhsullarına, boru kəməri xam nefti üçün müvəqqəti istisna olmaqla, tətbiq olunmasına razıdır. Eyni zamanda, Avropa Şurasının saziş layihəsində boru kəməri ilə tədarük edilən xam neft üçün müvəqqəti istisna məsələsinə ən qısa zamanda baxılmasının zəruriliyi qeyd olunub.

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin səfirləri mayın 29-da Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqı ölkələrinin tezliklə Rusiya neftinə qoyulan embarqo ilə bağlı qərar qəbul edəcəyini bildirmişdi. Bu isə ayın sonuna qədər baş verə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »