Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Rusiyanı siyahıdan siləcək, Çinə qarşı birləşəcək
NATO Rusiyanı siyahıdan siləcək, Çinə qarşı birləşəcək

NATO bir neçə illik "sakitlik"dən sonra, Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibəyə görə yenidən ictimai müzakirələrin mərkəzinə düşüb. Alyans öz konsepsiyasını, xüsusən də Rusiyanın potensial tərəfdaş kimi qəbul edildiyi ifadədə düzəliş etməli olacaq. Bu zaman Çinlə bağlı maddələr də olacaq.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtaliyanın NATO-dakı səfiri Françesko Mariya Talo bildirib. Onun sözlərinə görə, hazırlanmış “Strateji Konsepsiya”nın Madriddə (İspaniya) iyun sammitində qəbul ediləcəyi gözlənilir. Talonun fikrincə, yenilənmiş strategiya NATO-nu keçid dövründən sonra 21-ci əsrə aparmalıdır.

“Əvvəlki sənəddə Rusiya Federasiyası təşkilatın tərəfdaşı hesab olunurdu, Çin isə ümumiyyətlə qeyd edilmirdi. Müasir çağırışlar, məsələn, kiber və hibrid hücumlar haqqında abstraktlar da hazırlanacaq”,- deyə o əlavə edib. Yenilənmiş strategiyada Rusiyanın tərəfdaş statusunu itirməsi ilə yanaşı, Alyansın Çinə qarşı birləşməsi əksini tapacaq.

Talo qeyd edir ki, NATO qlobal polis olmaq istəmir və olmayacaq. Əksinə, regional xarakterini tamamilə qoruyub saxlayacaq.

“Pekin böyüməsi ilə bizim maraqlarımız zonasına daxil olur və bizi bu böyümənin nəticələrini qiymətləndirməyə sövq edir",- deyə o əlavə edib. Onun sözlərinə görə, indi azadlıq və demokratiyanın ümumi dəyərlərinə bağlı olan 30 müttəfiq öz qarşısına texnoloji üstünlük məqsədi qoyaraq yüksələn Çin Xalq Respublikası ilə üz-üzədir.

"Avropa və Birləşmiş Ştatlar bu problemlə birlikdə qarşılaşmalıdırlar, əks halda onlar süni intellekt, kvant hesablamaları, məlumatların istismarı və s. itirəcəklər",- deyə Talo bildirib. Bununla yanaşı, NATO Rusiyanın Ukraynaya müdaxiləsindən sonra zəruri olan şərq cinahının güclənməsini qiymətləndirməlidir.

"İtaliya cənub-şərq kvadratında mühüm rol oynayacaq",- deyə ölkənin Alyansdakı səfiri bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »