Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müharibə uzun sürəcək, Rusiya uduzduqca aqressivləşəcək"
"Müharibə uzun sürəcək, Rusiya uduzduqca aqressivləşəcək"

“Rusiyanın Ukraynaya qarşı müharibəsi xeyli uzana bilər. Bununla yanaşı, Rusiya Federasiyasının hərəkətlərinin aqressivliyinin artacağı gözlənilir".

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Jozep Borrell bildirib.

Cozep Borrell Jozep Borrell

Borrellin fikrincə, Rusiya münaqişəni uzadacaq. Baxmayaraq ki, Rusiyanın iqtisadiyyatı artıq “dayanmağa başlayır”, o, müharibəni bitirmək niyyətində deyil. Avropa İttifaqı diplomatiyasının rəhbəri həmçinin Ukraynanın danışıqlarda daha yaxşı mövqe tutmasına kömək etmək üçün Rusiya Federasiyasına qarşı sanksiyaları gücləndirməyə çağırıb. Onun fikrincə, Rusiya uduzduqca daha da aqressivləşəcək.

"Biz dözməliyik. Müharibə uzun sürəcək... Biz Ukraynanı döyüşmək üçün vasitələrlə təmin etmək, həmçinin Rusiyaya iqtisadi təzyiq göstərməkdə davam etməliyik",- deyə siyasətçi bildirib.

Bir müddət əvvəl Borrell bildirmişdi ki, Avropa İttifaqı tezliklə Rusiya neftinə embarqo ilə bağlı razılığa gələ biləcək. Belə ki, Avropa İttifaqı tərəfindən müzakirə edilən təklif ilin sonuna qədər Rusiyanın Aİ-yə dəniz yolu ilə neft tədarükünə qadağa qoyulmasını, lakin Macarıstan, Slovakiya və digər ölkələri təmin edən Rusiyanın Drujba boru kəməri ilə nəql edilən neftin istisna edilməsini tələb edir.

“Biz hər birinin (Aİ üzvünün) fərdi şərtlərini nəzərə almalıyıq” deyən Borrell, ümumavropa həllinin Rusiya neft idxalının 7-8 faizini təşkil edən üç ölkəyə güzəşt verməli olduğunu əlavə edib.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketi Aİ ölkələrinə tədarük edilən xam neft və neft məhsullarına şamil ediləcək. Lakin müvəqqəti embarqo boru kəmərləri ilə tədarük olunan neftə tətbiq edilməyəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »