Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niyə litri həm 40 qəpiyə, həm 10 manata olan sular var: Fərqi nədir?
Niyə litri həm 40 qəpiyə, həm 10 manata olan sular var: Fərqi nədir?

Havalar isinən kimi, mağazalarda müxtəlif çeşidli dondurmaların, suların sayı artır. Keyfiyyəti müxtəlif, çeşidi müxtəlif olan bu sular və dondurmalar bəzən bizim sağlamlıq üçün təhlükəli də ola bilər. Amma təəssüf ki, bu bu məhsulları aldığımız zaman təhlükəsini, keyfiyyətini çox zaman düşünmürük də...

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, isti aylar başlayanda “Azad İstehlakçılar” Birliyinə hər həftə su və dondurma ilə bağlı 3-4 telefon zəngi daxil olur: “Necə seçmək, hansı qiymətlərə üstünlük vermək lazımdır? Nə üçün marketlərdə litri 40 qəpiyə və eləcə də litri 10 manata olan qablaşdırılmış sular var?” və s. bu kimi suallarla müraciət edilir. Soruşurlar ki, su H2O-dur, bunun tərkibində nə var ki, bunun litrini 10 manata verirlər. Bu sular xaricdən gətirilmə sulardır. Dondurmaların da qiymətlərində böyük fərqlər var”.

Eyyub Hüseynov Eyyub Hüseynov

Ekspert deyir ki, Azərbaycan hökuməti biznes qurumları üçün son dərəcə rahat şərait yaradıb. Biznes qurumları da yaradılmış bu şəraitdən sui-istifadə edir. Necə gəldi, harda gəldi, nə gəldi istehsal edib satırlar. Azərbaycan hökuməti onlara toxunmur. Qida Təhlükəsizliyi Agentliyi qidanın təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsinə isə heç bir dövlət qurumu nəzarət etmir.

“Belə bir şəraitdə əlbəttə təhlükəsiz məhsul, keyfiyyətsiz ola bilər və insanların sağlamlığını təhlükə qarşısına qoya bilər”,- deyə Eyyub Hüseynov əlavə edib.

Ekspertin sözlərinə görə, ölkədə 20 dən çox dondurma istehsalçısı var. Onların çeşidləri çox müxtəlifdir. Eləcə də dondurma bazarının 30 faizindən çoxu xarici ölkələrdən gətirilir.

“Bu da bir ayrı bir problemdir. Dondurmanı yediyiniz zaman boğazınızda və ya dilinizdə acılıq yaranarsa, o deməkdir ki, dondurma standartın əksinə olaraq, hazırlanmasında kərə yağı əvəzinə bitki yağlarından, marqarinlərdən istifadə edilibdir. Digər ölkələrdən gətirilən dondurmalar əlbəttə kimyalaşmış dondurmalar olur. Əgər belə dondurmanın kağızı, etiketi, qablaşdırılması əyilibsə, o deməkdir ki, yolda bunlar müəyyən tempratura məruz qalıb və yenidən dondurulub. Artıq belə dondurmalar təhlükəli, çirklənmiş dondurmalardır”,- deyə ekspert əlavə edib.

Ekspert deyir ki, su bazarında da vəziyyət ürəkaçan deyil: “Su təbiətin və Allahın möcüzəsidir. Yeganə maddədir ki, 3 halda, kristal, qaz və maye halında olur. Yeganə maddədir ki, rəngi, dadı, qoxusu yoxdur. Yeganə maddədir ki, bütün maddələr istidə genişlənib, soyuqda sıxıldığı halda, su hər ikisində genişlənir. Suyun ilahiliyindən istifadə edən su istehsalçıları, guya suyu təmizləyirlər və nədənsə, istehlakçı təmizliyi müəyyən edə bilmir. Təmizlənmiş suyun yanına krant suyunu da yığıb satırlar. Belə hallar var. Ancaq hələ ki, “Azad İstehlakçlalr” Birliyi suyu araşdırmağa müvəffəq olmayıb”.

Eyyub Hüseynov bildirir ki, suyu araşdırmaq üçün onun 300-ə qədər parametrini araşdırmaq lazımdır. Heç kim müəyyən edə bilməz ki, su ailənin 5 üzvündən hamısı üçün uyğundur və ya uyğun deyil. Suyun insan orqanizminə təsiri genetik səviyyədə hələ araşdırılmayıb.

“Belə bir şəraitdə harda gəldi, necə gəldi doldurulub satılan sular var. İstehlakçılar belə yerlər gördüyü zaman 1003 AQTA-nın qaynar xəttinə müraciət etsinlər”,- deyə ekspert qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »