Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Asiya-Sakit okean regionu ölkələrini sülhə çağırıb
Çin Asiya-Sakit okean regionu ölkələrini sülhə çağırıb

Çin sədri Si Tsinpin Asiya-Sakit Okean regionunda (APR) dövlətlərin ümumi məsuliyyətinin nə olmasından danışıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.

Si Tsinpin Asiya-Sakit Okean ölkələrinin regionda sülhün qorunmasına görə məsuliyyət daşıdığını bəyan edib və onları yardım etməyə çağırıb: “Son illərdə Çinin Sakit okean ada ölkələri ilə qarşılıqlı hörmət və ümumi inkişafa əsaslanan hərtərəfli strateji tərəfdaşlığı davamlı inkişaf edib. Artıq bu münasibətlərdən səmərəli nəticələr əldə edib”, - deyə o, Çin və Sakit okean ada ölkələrinin xarici işlər nazirlərinin ikinci iclasın iştirakçılarına ünvanladığı yazılı müraciətdə vurğulayıb.

ÇXR liderinin sözlərinə görə, ölkə ölçüsündən asılı olmayaraq dövlətlərin bərabərliyi prinsiplərini həmişə dəstəkləyib. Bundan əlavə, o, Çin ədalət, qarşılıqlı fayda, səmimiyyət və dostluq anlayışını müdafiə edir deyə qeyd edib.

“Beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq, Çin həmişə Sakit okeandakı həmfikir ada dövlətlərinin yaxşı dostu olub. Asiya-Sakit Okean regionunda sülhün, təhlükəsizliyin, sabitliyin qorunması, bütün ölkələrin inkişafı, rifahının təşviq edilməsi region xalqlarının ümumi arzuları və regional dövlətlərin ümumi məsuliyyətidir”, - deyə Si Tsinpin bildirib.

Bundan əvvəl Çin Avropanı təhlükəsizlik vəziyyətini öz əlinə almağa çağırıb. Si Tsinpinq bunu Fransa prezidenti Emmanuel Makronla telefon danışığında deyib.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə hücumundan sonra dünyanın əksər dövlətləri Moskvanın işğalçı siyasətinə etiraz olaraq Rusiyaya sanksiyalar tətbiq etdilər və bu davam edir. Lakin Çin bu prosesdən kənarda qalır.  Bunun əksinə, Pekin Kremillə ticarət əlaqələrini davam etdirməklə yanaşı Avropanın imtina etdiyi enerji daşıyıcılarının bir hissəsini almaq niyyətindədir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »