Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqına alternativ birlik nə vaxt yaranacaq?..
Avropa İttifaqına alternativ birlik nə vaxt yaranacaq?..

Böyük Britanyanın Baş naziri Boris Conson Avropa İttifaqına alternativ olaraq yeni siyasi, iqtisadi və hərbi birlik yaratmağı təklif edib.

Bizimyol.info xəbər verir ki, Avropa Əməkdaşlığı adlanacağı ehtimal olunan birliyə Polşa, Estoniya, Litva və Ukraynanın qoşulması təklif olunur. Baş nazirin ideyasına əsasən, sonradan ittifaqa Türkiyə də qoşula bilər.

“Böyük Britaniya Breksit qərarından sonra Avropa İttifaqı ilə bir çox məsələlərdə nə qədər ortaq mövqe sərgiləsə də, Avropa İttifaqının üzvü olan ayrı-ayrı ölkələrdən fərqli mövqe nümayiş etdirir. Hələ ötən ilin sonlarına doğru Britaniyanın xarici işlər naziri Elizabet Trass verdiyi brifinqdə Avropa İttifaqı ilə aralarında kəskin mövqe fərqlərinin olduğunu vurğulamışdı. Təbiki, bu mövqe fərqləri daha sonra Britaniya ilə Avropa İttifaqı münasibətlərinin daha da pisləşməyinə səbəb oldu”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural ismayılov danışıb. Onun sözlərinə görə, son dövrlər xüsusilə, Fransa prezidenti Macronun Rusiya-Ukraniya müharibəsi ilə bağlı ortaya qoyduğu mövqe Britaniya hakimiyyətinə ciddi şəkildə narahat edir.

Tural İsmayılov Tural İsmayılov

Ekspertin fikrincə, təkcə Makronun deyil, həmçinin Almaniya və İtaliyanın da Rusiyaya qarşı çox sərt mövqedə olmaması, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinə dayanmağı ilə bağlı Ukraniyanı qane etməyən mövqelər ortaya qoymağı və həmçinin Rusiya ilə münasibətlərdə tamamilə imtina etmək xəttini götürməməyi və Rusiyaya qarşı daha lolay açıqlamalar verməyi, Böyük Britaniya üçün fürsəti məqama çevirmək situasiyası yaradıb.

Böyük Britaniyanın Baş Naziri Boris Consonun tərəfindən özəlliklə şərqi Avropa ölkələrinin də daxil olacağı yeni bir birlik yaratmaq və eyni zamanda bu birliyin Rusiyaya qarşı daha sərt mövqe göstərməsi ilə bağlı ortaya qoyduğu mövqe artıq ikinci Avropa ittifaqı ideyasının yavaş-yavaş reallığa çevrildiyini göstərir.

“Hansı ad olmağından asılı olmayaraq Avropada ikinci belə bir siyasi ittifaqın formalaşmağı mən düşünürəm ki, yaxın zamanlarda baş verəcək. Bu məsələdə Almaniya, Fransa və İtaliyanın Rusiyaya qarşı tutduğu mövqe əsas bəhanələrdən biri kimi xarakterizə oluna bilər. Lakin, Avropada yaranacaq Britaniyanın rəhbərlik etdiyi ikinci ittifaq düşünürəm ki, Akus hadisəsi kimi Qərbdə siyasi gündəmi müəyyənləşdirəcək, önəmli təşkilatlardan birinə çevriləcək. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin burada əsas səbəb kimi göstərilməyi həmdə bu ittifaqın çox uzaq tarixdə deyil, yaxın gələcəkdə baş vermə ehtimalını yüksəldir” - deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »