Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Rusiyanın tankerlərlə daşınan neftinə qadağanı müzakirə edir
Aİ Rusiyanın tankerlərlə daşınan neftinə qadağanı müzakirə edir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiya paketini müzakirə edir.

APA-nın xəbərinə görə, hazırda Rusiyaya qarşı sanksiyalarının altıncı paketinin hazırlanması çərçivəsində tankerlərlə daşınan neftə embarqo qoyulması müzakirə olunur.

“İndi tankerlərlə daşınan Rusiya neftinə embarqonun mümkün tətbiqi müzakirə edilir, “Drujba” neft kəməri sanksiyalar paketindən çıxarıla bilər”, - deyə bildirilib.

Aİ əmindir ki, bu, Rusiya üçün ağrılı zərbə olacaq.

Belə ki, Rusiyanın Avropaya neft tədarükünün üçdə ikisi və ya daha çoxu bu yolla daşınırdı.

Aİ ölkələri Ukraynadakı vəziyyətə görə Rusiya Federasiyasına qarşı ardıcıl olaraq beş sanksiya paketi tətbiq ediblər.

Qarşıdan gələn altıncı paket çərçivəsində Aİ Rusiya neftindən imtina imkanını nəzərdən keçirir.

İttifaqın bəzi ölkələri, xüsusən də Macarıstan bu addımın öz iqtisadiyyatlarına mənfi təsirindən qorxaraq onun qəbuluna mane olur.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »