Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Xarkova səfər edib, hərbçiləri mükafatlandırıb
Zelenski Xarkova səfər edib, hərbçiləri mükafatlandırıb

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfər edib.

APA-nın verdiyi xəbərə görə, Vladimir Zelenski döyüşlərdə fərqlənən hərbçiləri təltif edib, onları qiymətli hədiyyələrlə mükafatlandırıb.

Ukrayna Prezidenti Xarkovda operativ vəziyyətlə tanış olub. Vladimir Zelenski deyib ki, torpaqlarını müdafiə edən ukraynalıların son nəfərinə qədər döyüşəcəyini artıq düşmən çoxdan anlayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə Vladimir Zelenski Kiyevi tərk edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »