Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə lideri: "Terroru dəstəkləyən ölkələrin NATO-ya daxil olmasına “hə” deyə bilmərik"
Türkiyə lideri: "Terroru dəstəkləyən ölkələrin NATO-ya daxil olmasına “hə” deyə bilmərik"

"Nə qədər ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin başçısıdır, terroru dəstəkləyən ölkələrin NATO-ya daxil olmasına “hə” deyə bilmərik".

"Report" xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Təəssüf ki, nümayəndə heyətimizin Finlandiya və İsveçlə keçirdiyi görüşlər gözlənilən səviyyədə olmadı. Gözləntilər var, amma Türkiyə ilə bağlı lazımi addımları atmayıblar, hələ də İsveçin Stokholm şəhərinin küçələrində terrorçuları gəzdirib, öz polisləri ilə təhlükəsizliyini təmin edirlər. Əslində iclas keçirdikləri günün axşamı İsveç dövlət televiziyasında Salih Müslüm adlı terrorçunu danışdırmaqla bizə qarşı hər cür yanlışlıqlar edir, F16 məsələsində mənfi yanaşmalarını davam etdirirlər. Onlar dürüst deyillər, səmimi deyillər. Təhlükəsizlik təşkilatı olan NATO-da belə terrorçulara qucaq açan və qidalandıran ölkələrlə bağlı keçmişdə edilən səhvi təkrarlaya bilmərik", - Ərdoğan qeyd edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »