Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenkonun ikinci dəfə də Ukraynanı tərk etmək istəyi rədd edilib
Poroşenkonun ikinci dəfə də Ukraynanı tərk etmək istəyi rədd edilib

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkoya ikinci dəfə xaricə getmək icazəsi verilməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Ukrayna həqiqəti” nəşri yazır.

Nəşrin məlumatına görə, Ukrayna-Polşa sərhədindəki sərhədçilər bir gün əvvəl NATO Parlament Assambleyasında iştirak etmək üçün xaricə getməyə cəhd edən keçmiş dövlət başçısını yenidən ölkə xaricinə buraxmayıblar.

Poroşenkonun rəhbərlik etdiyi Avropa Həmrəyliyi Partiyasının deputatı Viktoriya Syumar "Facebook"da bildirib ki, sərhədçilər indi də bütün sənədlərin təqdim edilmədiyini söyləyiblər, lakin onlar hansı sənədi istədikləri barədə heç nə deməyiblər. Eyni zamanda, deputatın qeyd etdib ki, sərhədçilər Radanın sədri Ruslan Stefançukun NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin ezamiyyətə getməsi haqqında sərəncamının surətindəki QR kodunu oxuya biliblər.

Bundan əvvəl məlum olub ki, Poroşenko ikinci dəfə Rava-Russkaya keçid məntəqəsi vasitəsilə Ukraynanı tərk etməyə cəhd edib.

Qeyd edək ki, keçmiş prezident NATO Parlament Assambleyasın tədbirində iştirak etməli imiş.

Mayın 27-də Ukrayna sərhəd xidməti keçmiş Ukrayna liderinin də Ukraynadan Polşaya getməyə cəhd etdiyini bildirib.

Ukraynanın beşinci prezidenti Pyotr Poroşenko dövlətə xəyanətdə ittiham olunur. Ukrayna hakimiyyəti 2021-ci il oktyabrın əvvəlində müxalifətdəki OPPL partiyasının keçmiş rəhbəri Viktor Medvedçukun işi ilə bağlı qeydlər yayılan zaman Poroşenkonu vətənə xəyanətdə şübhəli bilirdi. Hüquq-mühafizə orqanları hesab edirlər ki, bu qeydlər “respublikanın keçmiş prezidentinin dövlətə xəyanətdə təqsirli olduğunu və Donbassın Kiyevin nəzarətində olmayan ərazilərindən kömür alınmasında iştirakını” sübut edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »