Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukraynaya bir il əvvəl müharibəyə hazırlaşmağı təklif edib
ABŞ Ukraynaya bir il əvvəl müharibəyə hazırlaşmağı təklif edib

ABŞ hakimiyyəti Ukraynanın iardəsini, düyüş bacarığına inanmırdı. Buna görə də müharibədən bir il əvvəl hökümətə insanları evakuasiya etməyi və xəndəklər qazmağa başlamağı təklif etdilər.

Bizimyol.info xəbər verir ki, "Kanal 24"un verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski Hollandiya nəşrinə müsahibəsində bildirib.

Zelenski bildirib ki, Ukrayna hakimiyyəti və hərbçiləri Rusiyanın hücumuna hazır idi. Eyni zamanda ABŞ buna hazırlaşmağı təklif etdi. Necə ki, müharibə başlamazdan bir il əvvəl Ukrayna əhalisini çıxarmaq, səngərlər qazmaq lazım olduğunu bildirmişdi. Dövlət başçısının fikrincə, belə bir qərar dövlətin iqtisadiyyatına son qoya bilərdi.

"Mən bununla razı deyildim, çünki hesab etdim ki, lazımsız panika yaratmağa ehtiyac yoxdur. Bu, bizim maliyyə vəziyyətimizə, büdcəmizə və iqtisadiyyatımıza təsir edəcəkdi. Biz başa düşdük ki, valyutamızın dəyəri aşağı düşəcək, insanların və şirkətlərin pulları ölkəni tərk edəcək. Və mən hesab edirəm ki, böyük risklər var idi”, - deyə Zelenski bildirib.

Prezident əmin olduğunu bildirdi ki, bu müharibə ayları ali rəhbərliyin qəbul etdiyi qərarın düzgün olduğunu sübut etdi. Bu gün Zelenskinin sözlərinə görə, dövlət büdcəsində ən azı 5 milyard çatışmır. Lakin o, hansı valyutadan danışdığını dəqiqləşdirməyib.

Ukrayna mətbuatının daha əvvəl xəbər verdiyi kimi, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ərazilər fevralın 24-də - Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanğıcında olan sərhədlərə hərbi yolla qaytarılarsa, Rusiya Federasiyası danışıqlar masasına oturacaq, sonra Krımın və Donbasın azad edilməsindən danışmaq olardı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »