Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan ölkəsinin Rusiyadan asılılığını azaltmağa çalışır
Paşinyan ölkəsinin Rusiyadan asılılığını azaltmağa çalışır

Ermənistan İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət sazişinin tezliklə bağlanmasında maraqlıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü ölkənin baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının onlayn iclasında bildirib.

“Mən bir daha Ermənistanın İran və Aİİ arasında tam hüquqlu azad ticarət sazişinin tezliklə bağlanmasında maraqlı olduğuna diqqəti cəlb etməyi vacib hesab edirəm. Tehranla müvəqqəti sazişin işləmə təcrübəsi İran bazarının cəlbediciliyini və əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini açıq şəkildə göstərir”, - deyə Ermənistanın baş naziri qeyd edib.

Paşinyanın sözlərinə görə, beynəlxalq əməkdaşlıq kontekstində üçüncü ölkələrdən olan tərəfdaşlarla təmasların inkişaf etdirilməsi və konkret qarşılıqlı fəaliyyət zəncirlərinin qurulması aktual görünür: “Əminliklə deyə bilərəm ki, bu illər ərzində birlik beynəlxalq əməkdaşlığın üfüqlərini xeyli genişləndirib. Həm ittifaq ölkələri, həm də tərəfdaşlarımız qarşılıqlı faydalı əməkdaşlığın nəzərəçarpacaq nəticələrini görsünlər deyə, beynəlxalq gündəmi zənginləşdirməyə davam etmək vacibdir”,- Paşinyan bildirib.

Aİİ və İran arasında azad ticarət zonasının formalaşmasına aparan müvəqqəti saziş 2018-ci il mayın 17-də üç il müddətinə imzalanıb və 27 oktyabr 2019-cu ildə qüvvəyə minib. 2021-ci il dekabrın 10-da Ali Avrasiya İqtisadi Şurası tam hüquqlu azad ticarət sazişinin qüvvəyə minməsindən əvvəl sazişin daha üç il müddətinə uzadılmasını təsdiqləyib. Ermənistan Aİİ və İran arasında azad ticarət zonasının formalaşmasında həm də ona görə maraqlıdır ki, bu Rusiyadan asılılığı azaldır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »