Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan kino sənətində ümumi vəziyyət necədir?
Azərbaycan kino sənətində ümumi vəziyyət necədir?

"Azərbaycanda kino çəkmək üçün hər il dövlət büdcəsindən 5-6 milyon manat vəsait ayrılır. Həmin pulla indi ancaq cizgi filmi çəkmək olar". Bu barədə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən günlərdə keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib. "Azərbaycanda kino ilə bağlı uzun illərin təcrübəsi var. Mövzularımız da var", - o əlavə edib.

  • Bəs Azərbaycan kino sənətində ümumi vəziyyət necədir?

Rejissor Zəki Bağırov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, deputat önəmli mövzuya toxunub və gündəmə çıxardıb. Çünki, demək olar ki film sahəsi unudulub, yaddan çıxarılıb: “Ölkəmizdə kommersiya filmləri çəkilir. Kimsə öz hesabına çəkir. Sponsorlar və ya şirkətlərin hesabına da çəkirlər. Onlar da kinoteatrlarda nümayiş olunur. Bəzən bu filmlərə baxılır, bəzən baxılmır. Elə insanlar var ki, zərərlə çıxır və qazanc əldə edə bilmir. Biz kino sahəsində tam formalaşa bilmirik, bunun müxtəlif səbəbləri var. Ölkədə cizgi filmləri, qısametrajlı filmləri, tammetrajlı filmləri çəkəbiləcək istedadlı insanlar var. Ölkədə Hollywood-da, Bollywood-da istifadə olunan texnologiya var. Sadəcə bu sahəyə diqqət ayrılmalıdır. Bu mövzunu deputatın gündəmə çıxarması böyük bir şeydir. Bəlkə bundan sonra müəyyən qədər inkişaf olar. Əsasən, gənclər kənarda qalıb. Kimsə film çəkirsə, YouTube platformasında yerləşdirir və daha çox inkişaf edə bilmir”.

Zəki Bağırov Zəki Bağırov

Rejissorun sözlərinə görə, film çəkmək üçün nə qədər vəsaitin lazım olması, ssenariyə bağlıdır. Ssenaridən asılı olaraq film 100 min manata da çəkilə bilər, 100 milyon manata da çəkilə bilər:

“Bizdə bulvarda, parklarda belə çəkiliş etmək üçün icazə almaq lazımdır. Bu səbəbdən, istədiyimiz yerdə asan və rahat şəkildə çəkiliş edə bilmirik. Bunu xüsusi qeyd etməyinizi istəyirəm ki, adi bulvarda belə kamera ilə çəkiliş etməyə icazə yoxdur. Məsələn, gənc kameranın parametrlərini öyrənmək istəyirsə, bunu harada öyrənməlidir? Günəşin batışını, çıxışını və ya şəhəri çəkməlidir”.

Rejissor Zəki Bağırov qeyd edir ki, Azərbaycanda kino sənətinə tövhə verəbiləcək insanlar ölkədə yetişməlidir. Xaricdə oxuyub gələnlər də çoxdur. Onlarında təcrübəsindən istifadə oluna bilər. Bu isə, sonrakı məsələdir. Cizgi film, film, klip və ya reklam çəkmək üçün şərait olduqdan sonra beyin tapmaq lazımdır.

“Ölkədə çizgi filmlər, qısametrajlı və tammetrajlı filmlər çəkmək üçün beyinlər var, amma uyğun şərait yoxdur. Azərbaycanda bütün texnikalar var, amma əldə etmək asan deyil. Qısası, indi kino sahəsində xaotik vəziyət yaşanır. Kimsə nəsə bacarırsa, özünün və dost, tanışının hesabına çəkir. Gənc rejissorlar, gənc aktyorlar və gənc ssenaristlər kənarda qalıb. Kinostudiyanın hazırki vəziyyəti bəllidir. Məsələ sadəcə diqqətə bağlıdır. Birbaşa diqqət olunsa, kino sahəsi formalaşsa və ondan sonra bütçə ayrılsa, rejissor ondan istifadə edə bilər ki, yaxşı senarisi olsun və yaxşı layihəsi olsun” - deyə rejissor bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »