Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çox uşaq sahibi olmağın mənfi cəhətləri varmı?
Çox uşaq sahibi olmağın mənfi cəhətləri varmı?

Araşdırmalara görə, üç və ya daha çox uşaq sahibi olmaq irəliləyən yaşlarda, idrak performansının pisləşməsi ilə birbaşa əlaqəlidir.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kolumbiya Universitetinin Mailman İctimai Sağlamlıq Məktəbi, Robert Butler Kolumbiya Qocalma Mərkəzi və Paris-Dauphine Universiteti tərəfindən aparılan yeni bir araşdırma, üç və ya daha çox uşaq sahibi olmanın sonrakı həyatda valideynlərə mənfi təsir etdiyini müəyyən edib. Eyni zamanda bu nəticələrə görə, yüksək doğum əmsalı Şimali Avropada maliyyə resurslarını azaldır və regionda sosial resursları yaxşılaşdırmır.

Araşdırma əsasən Almaniya, Fransa və İtaliya və İsrail olmaqla 20 Avropa ölkəsində yaşayan yaşlı əhali üzərində aparılıb.

Testlər nəticəsində müəyyən edilib ki, üç və ya daha çox uşaq sahibi olmaq insan həyatının sonrakı mərhələlərində koqnitiv performansın pisləşməsi ilə əlaqələndirilir. Bənzər təsirlər həm kişilərdə, həm də qadınlarda müşahidə olunur.

Tədqiqatçılar üçdən çox uşağın olmasının yaşlı insanlarda idrak funksiyalarına nə dərəcədə təsir etdiyini araşdırmaq üçün Avropa Sağlamlıq, Yaşlanma və Pensiya sorğusunun məlumatlarını təhlil ediblər. Əldə edilən məlumatlara görə, daha çox uşağı olan valideynlər daha çox stress yaşaya bilir. Buna görə də onlar idrak baxımından stimullaşdırıcı olan istirahət kimi asudə vaxtlarına daha az vaxt ayırırlar. Bu, yuxusuzluq deməkdir, yuxusuzluq isə sağlam olmayan həyata səbəb olur. Nəticədə, idraki geriləmə baş verə bilər.

Tədqiqat iştirakçıları 65 və daha yuxarı yaşda olan kişi və qadınlardan ibarət olub. Təcrübələrdə iştirak edən hər ailənin ən azı iki övladı olub. Nəticələrə görə, üç və ya daha çox uşaq sahibi olmaq 6,2 yaşa bərabərdir. Bundan əlavə, bu təsir kişilərdə və qadınlarda eyni şəkildə görülür. Üç və ya daha çox uşaq idrak funksiyasına müxtəlif yollarla təsir göstərə bilər.

Araşdırmaya görə, həddindən artıq doğum nisbətləri sonrakı həyatda idrak qabiliyyətinə müxtəlif şəkildə təsir edir. Daha çox uşaq sahibi olmaq çox vaxt böyük maliyyə xərcləri ilə nəticələnə bilər. Uşaqların doğulduğu andan çəkdiyi xərclər ailənin gəlirini azaldır. Bu zaman bütün ailənin həyat səviyyəsi aşağı düşə, valideynlər böyük stress və sıxıntılar yaşaya bilər. Bu problemlər, beynin fəaliyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

  • "Üçdən çox uşaq sahibi olmağın heç bir mənfi tərəfi yoxdur?"

Tədqiqatçılar oxucularımıza belə cavab verirlər: “Uşaq sahibi olmaq yuxusuzluq, vaxtından əvvəl qocalma, maddi çətinliklərlə yanaşı, yaşlı insanlarda koqnitiv pozğunluq və demans kimi mühim risk faktorları olan sosial izolyasiya, yəni tənhalıq riskini azaldır. Tez-tez sosial qarşılıqlı əlaqə həyatın sonrakı dövrlərində koqnitiv tənəzzüldən qoruya bilər."

Tədqiqatçılar, gələcək tədqiqatlarda uşaq sahibi olmamağın qocalıqda koqnitiv funksiyaya təsirlərini araşdırmaq niyyətindədirlər.

Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ailədə çox uşağın olması valideynləri daha çox işləməyə məcbur edir.

“Gecə işləyirlər. Evə gec gəlir, gecə yuxusunu yata bilmirlər. Normlada insan saat 11 də yatmalıdır. Saat 11-dən 3-ə qədər insanlarda hormonların aktiv zamanı olur. İnsan bu saatlrda yatmayanda əvvəlcə onun fiziki durumu, sonra da psixoloji durumuna təsir edir. Yəni yuxu, psixologiyanın yerində olması üçün ən birinci şərtdir” - deyə psixoloq qeyd edib.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »