Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
6G texnologiyası nə zaman əlçatan olacaq?
6G texnologiyası nə zaman əlçatan olacaq?

“Nokia”-nın baş direktoru Pekka Lundmark 6G texnologiyasına keçiddən danışıb. 6G-nin istifadəyə başlayacağı tarixi açıqlayan Lundmark, həmin zaman qədər nəyin baş verəcəyi ilə bağlı proqnozlarını da paylaşıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Nokia-nın baş direktoru Pekka Lundmark dünyanın 6G-yə keçəcəyi tarixi açıqlayıb. Əgər verilən açıqlamalar doğrudursa, biz 5G-ni görməmişdən əvvəl bir çox ölkə 6G-yə keçə bilər.

Pekka Lundmark qeyd edir ki, 6G texnologiyası 2030-cu ilə qədər kommersiya baxımından geniş yayılmağa başlayacaq. Nokia CEO-sunun fikrincə, bu, bütün dünyada bəzi dəyişikliklərə səbəb olacaq. Ancaq bu dəyişikliklər, o qədər də asanlıqla qəbul edilməyəcək.

Nokia CEO-su qeyd edir ki, 6G-nin gəlişi smartfon trendini aradan qaldıracaq. Pekka Lundmarkın sözlərinə görə, ağıllı telefonların yerini geyilə bilən texnologiya alaacq. Və gələcək inkişaflarla birlikdə ağıllı telefonlar lazımsız hala gələcək. Eyni zamanda Lundmarkın fikrincə, bir çox texnologiyalar 6G ilə birbaşa insan orqanizminə inteqrasiya olunacaq. Baş direktor bunun necə həyata keçirilə biləcəyi barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, bəzi aviaşirkətlər, 5G-dən istifadənin Uçuş Təhlükəsizliyi sübuta yetirilənə qədər təxirə salınmasını xahiş edir.

Xatırladaq ki, 6G mobil məlumat şəbəkələrini dəstəkləyən altıncı nəsil simsiz rabitə texnologiyaları, 5G-nin davamçısıdır. Texnologiya 95 Gbit/s sürətlə əhəmiyyətli dərəcədə daha sürətli olacaq. Artıq bir neçə böyük şirkət Nokia, Samsung və LG bunu həayat keçirib. Cənubi Koreya və Yaponiya da bu məsələdə maraqlıdır.

6G texnologiyası, 2030-cu illərdə kommersiya baxımından əlçatan olacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »