Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Azərbaycan Birgə Texnoparkın yaradılması haqqında saziş imzalayıb
Türkiyə və Azərbaycan Birgə Texnoparkın yaradılması haqqında saziş imzalayıb

Türkiyə və Azərbaycan Birgə Texnoparkın yaradılması haqqında saziş imzalayıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Azərbaycanda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində səfərdə olan Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank, iki qardaş ölkənin tərəfdaşlığı ilə texnoparkın yaradılmasına dair anlaşma memorandumu imzalayıb. Ölkəmizə səfər çərçivəsində Mustafa Varank Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb. Varank, həmkarına Türkiyədəki texnoparklar haqqında ətraflı məlumat verib. “TEKNOFEST” Azərbaycan sərgisində iştirak etmək üçün Bakıya səfər edən Varank görüşündə texnologiyanın inkişaf etdirilməsi zonalarının əhəmiyyətindən bəhs edərək, Türkiyənin 92 texnopark, 1600-dən çox ArGe və dizayn mərkəzi ilə əhəmiyyətli bilik və təcrübəyə malik olduqlarını bildirib. Onun sözlərinə görə, texnoparklarda 8 minə yaxın şirkət fəaliyyət göstərir.

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank, Türkiyədəki texnoparklardan indiyə qədər 7 milyard dollardan çox ixracatın olduğunu da vurğulayıb. O, qeyd edib ki, bu sahədə komandalar uzun müddətdir ki, Bakıda Texnologiyanın İnkişafı Zonasının yaradılması üzərində işləyirlər.

Mustafa Varank, yaradılacaq texnoparkın maraqlı tərəflərinin müəyyən edilməsi, idarəedici şirkətin yaradılması, tədbirin keçiriləcəyi yerin müəyyən edilməsi, inkubasiya mərkəzinin yaradılması və universitetin müəyyənləşdirilməsi ilə bağlı araşdırmaların aparıldığını diqqətə çatdırıb.

“İnşallah, bu gün imzalayacağımız anlaşma memorandumu ilə texnoparkın ən qısa zamanda fəaliyyətə başlayacağına ümid edirik” - deyə bildirən Mustafa Varank, daha sonra Rəşad Nəbiyevlə “Texnopark Anlaşma Memorandumu”nu imzalayıb.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »