Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden çoxdan gözlənilən qərarı verdi: Rusiya ordusunu çətin günlər gözləyir
Bayden çoxdan gözlənilən qərarı verdi: Rusiya ordusunu çətin günlər gözləyir

ABŞ prezidenti Co Baydenin administrasiyası uzun mənzilli reaktiv yaylım atəşi sistemlərinin Ukraynaya göndərilməsinə icazə verib. Bu məsələ gələn həftə rəsmi olaraq açıqlanacaq.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə “The New York Times” Ağ Evdəki anonim mənbələrə istinadən yazır. Məqalədə qeyd edilib ki, silahlar buraxılış qurğularından xeyli uzağa atəş edə bilən mobil raket qurğularından ibarət olacaq. Belə ki, hazırda Ukrayna artıq bundan istifadə edir.

Rəsmilər ABŞ-ın dəqiq olaraq hansı növ raketləri təmin edəcəyi barədə ətraflı məlumat verməyib. Eyni zamanda Pentaqon ən çox M31 GMLRS-dən (Gueded Multiple Launch Rocket System) istifadə edir. Bu, 500 funtluq hava bombası ilə eyni miqdarda partlayıcı daşıyan dəqiqliklə idarə olunan, peyklə idarə olunan silahdır.

Qeyd edək ki, raketlər 40 mildən (65 km) çox məsafəyə çatır. Bu isə hazırda Ukraynanın istifadə etdiyi hər hansı artilleriyadan çox fərqlidir.

Birləşmiş Ştatlar Ukrayna üçün növbəti silah paketinə təkərli yük maşınlarının şassiləri üzərində hərəkət edən HIMARS çoxsaylı buraxılış raket sistemlərini daxil etməyi planlaşdırır. Eyni zamanda, administrasiya Birləşmiş Ştatların Ukraynanın Rusiyaya dərin zərbələr endirmək imkanı vermədiyinə dair etibarlı fikir bildirə biləcəyinə əmin olmaq istəyir.

Xatırladaq ki, ABŞ və Ukrayna uzaqmənzilli silahların, xüsusən M142 reaktiv yaylım atəş sistemlərinin (HIMARS) tədarükü məsələsini müzakirə ediblər. Bununla belə, Vaşinqton Ukraynanın bu silahlardan Rusiya Federasiyası ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə edəcəyi təqdirdə eskalasiya ehtimalından da narahatdır.

Qeyd edək ki, Kreml bu silahlarla bağlı ABŞ-a xəbərdarlıq etmişdi və Baydeni həmin silahların Ukraynaya verilməsindən çəkindirməyə çalışmışdı. Hətta son bir neçə gün ərzində Ağ Ev-in həmin silahları Ukraynaya verməklə bağlı tərəddüd içində olduğu deyilirdi. Bununla belə, Bayden sonda qəti qərarını verdi. Həmin silahlar Rusiya ordusunun vəziyyətini daha da ağırlaşdıracaq. Bu silahlar Ukraynaya həm müdafiə, həm də hücum anlamımıda daha çox güc verəcək.

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »