Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden yenə Putinin ünvanına sərt sözlər səsləndirib
Bayden yenə Putinin ünvanına sərt sözlər səsləndirib

"Vladimir Putin məktəblərə, uşaq bağçalarına, xəstəxanalara və muzeylərə hücum edərək ukraynalıların mədəniyyətini və kimliyini “yer üzündən silməyə” çalışır".

Bizimyol.info xəbər verir ki, “The Washington Post”un verdiyi məlumata görə, ABŞ prezidenti Co Bayden bunu 27 may tarixində ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısında çıxışı zamanı deyib.

"Rusiyanın Ukraynaya hücumlarının yeganə məqsədi o dövlərin və xalqın mədəniyyətini məhv etməkdir. Bu, qanunun aliliyinə əsaslanan beynəlxalq hüququn fundamental prinsiplərinə birbaşa hücumdur",- deyə ABŞ prezidenti qeyd edib.

Ağ Ev rəhbəri Rusiya prezidentlərinin başlatdığı müharibəni kəskin şəkildə pisləyib.

Bayden həmçinin Rusiyanın təcavüzünə qarşı mübarizədə qlobal əməkdaşlığın gücünü yüksək qiymətləndirib: "Putin İsveç və Finlandiyanı müdafiə alyansına qoşulmağa sövq etməklə “bütün Avropanı NATO-nun tərəfinə keçməyə vadar edib”,- deyə o əlavə edib.

Bayden daha əvvəl demişdi ki, Rusiya Ukraynadakı müharibənin əvəzini uzunmüddətli perspektivdə ödəməlidir. ABŞ prezidenti bildirmişdi ki, müharibədən sonra uzun müddət Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək. Ağ Ev hazırda da Avropaya təsir etməyə və Rusiyanın tam olaraq təsrid edilməsinə çalışır.

Rusiyaya qarşı müharibədə Ukraynaya ən böyük maliyyə və hərbi dəstəyi də məhz Bayden hökuməti verir. ABŞ-ın fəal dəstəyi nəticəsində müharibənin gedişində dönüş yaratmağa nail olan Ukrayna artıq Rusiya ilə danışıqlardan da imtina edib. Rəsmi Kiyev artıq Rusiyanın şərtləri ətrafında danışıqları qəbul etmir. Prezident Vladimir Zelenski "Putin nə baş verdiyini anlamır, biz heç bir gezəştə getməyəcəyik" deməklə danışıqlar perspektivinin üstündən birdəfəlik xətt çəkib. Ona görə də bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov baş verənlərə görə ABŞ-ı ittiham etmişdi. Onun fikrincə, barışığın qarşısını alan tərəf ABŞ-dır. "ABŞ Zelenskini Rusiya ilə barışıqdan çəkindirir",- deyə Lavrov gileylənmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »